76
Ümumiyyətlə, xalça kompozisiyası iki hissədən ‒
ara sahə və ye­ləndən
ibarət olur. Ara sahə ilə yelən orna­mentləri bir-biri ilə üzvi surətdə bağlı
olur.
Naxçıvan xalçalarının ara sahəsinin bəzəyini bitki ele­mentləri, məişət
əşyaları və canlıların təsvirləri (insan və heyvan təsvirləri), müx­təlif forma-
lı elementlər (pilləlilər, kvadrat və düzbucaqlılar, çox­bucaqlılar, qarmaqlı-
lar, dilik­li-itibucaqlar, sancaqlılar və ya tikanlılar, dəyirmilər, sək­kiz­guşəli
ulduzlar, qeyri-müəyyən formalı fiqurlar) təşkil edir.
Naxçıvan xalçalarında təsvir edilən bitki elementləri öz formalarına görə
iki növə - həndəsiləşmiş və əyrixətli ele­mentlərə bölünür.
Həndəsiləşmiş elementlər, əsasən, xalça kompozisiyasın­da dolduru-
cu elementlər kimi işlədilir, yaxud köməkçi, bağ­layıcı rolunu oynayırlar.
Əyrixətlilər həndəsiləşdirilmiş bit­ki elementlərinə nisbətən daha stilləşmiş
formada olur. XV -XVI əsrlərdə Təbriz xalça məktəbinin nümunələrində
daha çox tətbiq edilən bu formalar Naxçıvan qrupuna qüv­vətli təsir
göstərmişdir.
Naxçıvan xalçalarında müxtəlif heyvan təsvirlərinə – ev heyvanları, vəhşi
heyvanlar, o cümlədən quş və həşərat təs­virlərinə rast gəl­mək olur. Nax-
çıvan xalçalarında tez-tez rast gəlinən maral bütün türk­lə­rin eyni rəmzi
Naxçıvan xalçalarının
rəng palitrası çox
zəngindir. Bu xalçaların
rəngləri şux və parlaq
olur. Bu rənglər
Naxçıvanın təbii-coğrafi
şəraiti, gözəl mənzərələri,
bağları, meşələri və
yaşıl çəmənlikləri ilə
əlaqədar olaraq meydana
gəlmişdir.
Xalça fraqmenti. Yun. Xovlu. XVIII əsrin əvvəlləri. Naxçıvan qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.
1...,68,69,70,71,72,73,74,75,76,77 79,80,81,82,83,84