72
arğacı və üz ipi isə nisbətən qalın olmuşdur. Naxçıvanda to-
xunulan xalçalar bədii və texnoloji xüsusiyyətlərinə görə Qa-
rabağ qrupu ənənələrinə yaxındır.
Naxçıvanda və Ordubadda hələ keçmiş zamanlardan xüsu-
si boyaqxanalar fəaliyyət göstərmişdir. Burada xalq ənənəsinə
əsasən hazırlanan boyaqlar öz parlaqlığı, şux çalarları ilə di­
gər xalça məktəblərindən se­çilmişlər. Boyaqxanalarda qırmı­
zı rəng boyaq otundan, qırmız bö­cəyindən; sürməyi və yaşıl
rənglər isə (küp oyaları) indiqodan alın­mışdır. Bu növ tə­bii
boya ilə boyanmış iplikdən toxunan xalçaların rəngləri iş­
ləndikcə daha təravətli və isti tonlarla əvəz olunub.
Naxçıvan xalçaları ümumilikdə Azərbaycan xalça sənətini
öz ənə­nə­vi naxışları və elementləri, özünəməxsus şux rəng
çalarları ilə zən­ginləşdirmişdir. Bu xalçaları bəzəyən əsas
elementlərdən şa­qu­li is­ti­qamətli zolaqlar, romblar, qarmaqlı
həndəsi elementlər və nə­bati or­namentlər, heyvan təsvirləri
və s. xalqın genetik yaddaşından silin­mə­yən inanclar və tə­
səvvürlərlə bağlıdır. Toxunan naxışlar sistemi se­man­tika
müx­təlifliyindən asılı olmayaraq bir məkan üzərində real
şə­kildə və ənənəvi üslubda yerləşdirilərək xalçaya ritmik və
dinamik ahəngdarlıq verir.
Xalq toxuma növlərindən olan şaquli istiqamətli zolaqlarla
bəzə­dilmiş cecim xovsuz xalçalarının əsas istehsal mərkəzi
tarixən Ordubad olmuşdur. Əsasən ipək liflərdən toxunan
bu xalçalar ağ, yaşıl, qırmızı, sarı, mavi və s. rəngli zolaqların
növ­bələşməsi ilə bəzədilib, zəriflik baxımından qumaş tə­səv­
vü­rü yaratmışdır.
Naxçıvan xalçaları içərisində spesifik toxunuşu və bədii
qu­ruluşu ilə seçilən xovsuz xalça növü şəddə süjet semanti­
ka­sı baxımından çox maraqlıdır. Üzərində bəzən atlıların və
Zili. Yun. Xovsuz. 1880-ci il.
Naxçıvan qrupu. Azərbaycan.
Yun keçə. 1966-cı il. Naxçıvan qrupu. Kəngərli rayonu.
Qıvraq qəsəbəsi. Azərbaycan.
1...,64,65,66,67,68,69,70,71,72,73 75,76,77,78,79,80,81,82,83,...84