Vərninin səthi üzərində 16 əjdaha rəsmi vardır. Onların forması
“5“ rəqəmini və yaxud da həndəsiləşmiş “S“ hərfini xatırladır.
Əjdahaların səkkizinin rəngi düm ağ (pambıq iplər), səkkizininki,
isə tünd sürməyidir.
Sürməyi rəngli əjdahaların qrafik siluetini yaşıl fonlu ağ ziqzaqvari
pillələr təşkil edir. Onun quyruğu, iki başı ağ, yaşıl və sürməyi
rəngdə toxunmuşdur. Üzərindəki pulcuqlar isə yenə də “S“ vari for­
ma­ya malik qırmızı, yaşıl fonlu və kontrast konturlu elementlərlə
doldurulmuşdur.
Ağ fonlu əjdahaların səthi isə qırmızı, yaşıl rəngli, əsasən, qara
konturlu “S” vari elementlərlə örtülmüşdür. Əjdahaların iki baş his­sə­
lə­rinin təsviri üzərində əks edilən stilizə edilmiş yarpaqlı ağac rəsmi
isə həyat ağacının simvolu hesab olunur. Əjdaha rəsminin ara sahə
fonunda yerləşən digər həndəsi elementlər, o cümlədən rombvari və
buynuzabənzər elementlər isə alaçıq və digər məişətdə istifadə edilən
əşyaların təsvirini əks etdirir.
Vərninin üzərindəki əjdaha rəsmlərinin
rəngləri şahmat isti­qa­mə­tin­də verilib, üfüqi və
şaquli istiqamətdə bir aşırı dəyişilir.
Məhz buna görə də əjdahaların rəsmlərinin rəngləri ifadəli və di­
na­mik olub, uzaq məsafədən çox aydın görünür.
Vərninin ümumi fakturası incə, onun üz iplərinin rəngi əlvan olub,
ipək təsəvvürü yaradır. Bu da xalçaların toxunuşunda mahir ustanın
işlədiyini sübuta yetirir.
Vərni ikiayrı-ayrı toxunubbir-birinəbirləşdirilənhissədənibarətdir.
Onu toxu­yan ustanın təcrübəsinin çox olması tikişin görünməməsinə
səbəb olmuşdur. Bu vərninin saçaqları çox gözəl tor formasında hö­
rülmüşdür və vərninin yuxarı hissəsində əjdaha təsvirinin ağ rəngli
ağzında ya 994, ya da 1299 hicri rəqəmləri yazılmışdır.
60
1...,52,53,54,55,56,57,58,59,60,61 63,64,65,66,67,68