52
Yerli toxucular bu xalçanı “Təkgöl Padar” adlandırırlar.
Sumağı yerlikli bu xalçanın ara sahəsində şaquli istiqamətdə bir-birinin ardın-
ca düzülmüş dörd böyük ölçülü göl yerləşdirilmişdir. Göl­lərin kənarları daxildən
diliklərlə, xaricdən isə kvadratşəkilli, zən­cirvari düzülüşlə işlənmiş elementlərlə
əhatə olunub.
Göllərin mərkəzində eyni formalı və dəyişik rəngli qarmaqlı motivlər
yerləşdirilmişdir.
Eyni formaya malik olan qarmaqlı motivlər xalçanın ara sahəsində, göllərin ara-
sındakı boşluqlarda fərqli rənglərlə təkrarlanır.
Xalçanın ara sahəsinin sağ və solunda ağ, sürməyi, mavi, qəhvəyi, ya­şıl rənglərlə
işlənmiş səkkizləçəkli güllər təsvir edilmişdir. Güllərin rən­gi biraşırı dəyişdirilərək
xüsusi ahəng yaradılmışdır.
Ara sahənin boşluqları dördləçəkli, səkkizləçəkli gül-çiçək, “nal”,
“qarmaqlı” və digər motivlərlə doldurulub.
Xalçanın yuxarı və aşağı hissəsində mavi yerlikli “qübbə” elementləri vardır.
“Qübbə”lərin üzərində klassik elementlər işlənmişdir.
Ara sahəni rombşəkilli motivlər işlənmiş ensiz haşiyə əhatə edir. Ensiz haşiyə
daxildən “S”ə bənzər motivlər işlənmiş mədaxillə tamamlanır.
Xalçanın ağ yerlikli ana haşiyəsində “cütbuynuz” motivləri təsvir edil­mişdir. Ana
haşiyəni dördləçəkli çiçəklər işlənmiş bala haşiyələr əha­tə edir. Kənar bala haşiyə
xaricdən “S”ə bənzər motivlər işlənmiş mədaxillə tamamlanır.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma və­ziy­yəti əladır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,44,45,46,47,48,49,50,51,52,53 55,56,57,58,59,60,61,62,63,64,...76