19
Polşa prezidentinə 1169-cu ildə ustad Nəcəf Aşur İbrahim oğlu tərəfindən inşa edilmiş Aşur
məscidi və yaxınlıqdakı Cümə məscidi haqqında da məlumat verilib. Şəhər gəzintisinin sonunda
cənab Komorovski ötən il bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və
dekorativ-tətbiqi incəsənət mərkəzi - “İncəsənət Bağı”nda olub və İçərişəhərin Fəxri Qonaqlar
Kitabında ürək sözlərini qeyd edib.
Daha sonra Bronislav Komorovski Bibiheybət buxtasında tanınmış polşalı mühəndis,
Azərbaycanda neft sənayesinin inkişafında böyük xidməti olan Pavel Pototskinin məzarını
ziyarət edərək əklil qoyub. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt
YusifzadəAzərbaycanda neft sənayesinin, o cümlədən dəniz yataqlarından neft hasilatının tarixi
və bu işdə əhəmiyyətli rol oynamış P. Pototskinin fəaliyyəti haqqında qonağa məlumat verib.
Polşa prezidenti, həmçinin “Azər-İlmə”nin “Sehrli İlmələr” xalça qalereyasının da qonağı olub.
Burada qədim xalça nümunələri ilə tanış olan Polşa prezidentinə məlumat verilib ki, dünya
muzeylərinin nadir eksponatlarından sayılan xalçalarımız həm də yüksək keyfiyyəti, zəngin
çeşidləri ilə məşhurdur. İncə, zərif, nəfis naxışları ilə diqqəti cəlb edən Azərbaycan xalçaları
Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən
satış sərgilərində xüsusi mükafatlara layiq görülüb. Qonağın nəzərinə çatdırılıb ki, keçən il “Azər-
İlmə” Avropanın Biznes Assambleyasının “United Europe” və “XXI əsrin liderləri” beynəlxalq
imic proqramının “European Quality” nüfuzlu mükafatı ilə təltif edilib.
Qonağa, həmçinin bu gün Azərbaycanda xalçaçılıq məktəbinin özünün inkişaf dövrünü
yaşaması ilə bağlı məlumat verilib. Xalqımızın milli sərvəti olan xalçaçılığın inkişafı ilə bağlı
ölkədə həyata keçirilən tədbirlər, ilk növbədə bu qədim el sənətinin yaşadılmasına göstərilən
diqqətdən irəli gəlir. Bildirilib ki, “Azər-İlmə”-nin yaradılması ilə yeni inkişaf mərhələsinə daxil
olan xalçaçılıq sənəti daha da zənginləşir. 1996-cı ildən fəaliyyətə başlayan müəssisədə toxunan
xalçaların ipləri burada təbii rənglərlə boyanır, rəssam tərəfindən eskizlər çəkilir və toxucu
qızlar tərəfindən toxunur.
“Azər-İlmə”nin direktoru Vidadi Muradov Polşa prezidentinə xalça məktəbləri, bu məktəblərə
uyğun xalça istehsalı, eləcə də xalça istehsalı mərkəzləri haqqında geniş məlumat verdi.
Azərbaycan xalçaları haqqında geniş məlumat alan cənab Komorovski Polşada da Azərbaycan
xalça nümunələrinə rast gəldiyindən və şəxsi kolleksiyalarda saxlanılan həmin xalçaların
gözəlliyindən, incə naxışlarından bəhs etdi.
Sonda xatirə dəftərinə ürək sözlərini yazan Bronislav Komorovski “Azər-İlmə”yə Polşanın
qədim bədii tikmə sənəti haqqında kitab bağışladı.
1...,11,12,13,14,15,16,17,18,19,20 22,23,24,25,26,27,28,29,30,31,...200