128
“Məlikməmməd”
Berlində
Simurqla əjdahanın döyüşü
Sirli sehrli Azərbaycan xalçaları hər zaman öz gözəlliyi,
nəfisliyi, incəliyi ilə digər diyarların xalçalarından seçilmiş
və sənət xiridarlarını öz sehrinə salmışdır. Əsrlər boyu xalq
sənətkarları tərəfindən toxunmuş bu yurdun ən nəfis, nadir
xalçaları bu gün dünya muzeylərinin, ekspozisiyaların
və şəxsi kolleksiyaların bəzəyinə çevrilib. Hər xalçanın
öz tarixçəsi, öz ömrü var. Hansınısa səyyah, tacir, ya
da gəlmələr alıb aparmış, bəziləri isə savaş qarətlərində
gedib yad diyarlara çıxmışdır. Azərbaycan xalçalarının
estetikası, güclü emosional təsiri göz önündədir. Ona görə
də bu qədər vurğunu var.
İranə İBRAHİMOVA
Bu gün dünyanın məşhur muzeylərində və bir çox şəxsi
kolleksiyalarda saxlanılan yüzlərlə unikal Azərbaycan xal-
çalarından bəzilərini xüsusi qeyd etmək lazımdır. Misal
üçün, Qazax qrupuna aid (XV əsr) zəngin ornamentli unikal
xalça Berlin muzeyinin Şərq şöbəsində saxlanılır. Xalçanın
süjetini Azərbaycan xalq nağılı “Məlikməmməd”ə orijinal
illüstrasiya təşkil edir.
Xalça “əjdaha ilə Simurqun döyüşü” adlanır. Xalçanın
ara sahəsində ikibaşlı əjdaha ilə simurq quşu və onların
mübarizəsi öz əksini tapmışdır. Qədim zamanlardan türk-
lərdə simurq quşu xeyir, əjdaha isə şər qüvvəni təcəssüm
etdirir. İnanca görə bu iki əks qüvvənin mübarizəsində hər
zaman xeyir, xeyirxah ruh, mərhəmət qalib gəlir. Xalçada
əks olunan simurqla əjdahanın mübarizəsi səhnəsi də
məhz xeyirlə şərin savaşını və xeyirin qələbəsini əks
etdirir. Bu xalçanın analizi, onun bədii cəhətlərinin, hən-
dəsiləşmiş elementlərinin, stilizə olunmuş heyvan təsvir-
lərinin və digər xüsusiyyətlərinin Qazax xalça məktəbinə
məxsus xüsusiyyətlərlə müqayisəsi qəti olaraq bu xalçanın
Qazax xalçaçılıq mərkəzində toxunduğunu sübut edir.
Xalça”Əjdaha ilə Simurqun döyüşü”.
Yun. Xovlu. 172x90. XV əsr. Qazax qrupu.
Azərbaycan. Berlinin İncəsənət Muzeyində saxlanılır.
1...,120,121,122,123,124,125,126,127,128,129 131,132,133,134,135,136,137,138,139,140,...200