133
tikilmişparlaq,gözəlmilligeyimlərinizdəzövqoxşayır.
Xalçalarınız isə xüsusi yer tutur. Qarabağ, Qazax,
Şirvan, Quba, Bakı xalçalarına biganə qalmaqmümkün
deyil. Bu əşyalarla ünsiyyət nəticəsində Qafqaz
ölkələrinin son dərəcə maraqlı, dərin, rəngarəng və
diqqətəlayiq mədəniyyətə malik olduqlarını gördüm.
Əfsuslar olsun ki, maliyyə çatışmazlığı ucbatından
ölkələri çox gəzib, yeni eksponatlar əldə edə bilmirik.
– Bakıda Azərbaycan xalçaları ilə daha yaxından
tanış ola bildiniz. Bizim xalçalar başqa ölkələrin
milli xalçalarından nə ilə fərqlənir?
– Sizin xalçalar nəfis rəng çalarları, sıxlığı, dekorativ
tərtibatı ilə fərqlənir. Azərbaycan xalçaları o dəqiqə
diqqəti cəlb edir. Mürəkkəb ilməli bu xalçaların
üzərində həm rəngarəng naxışlar, həm çox dəqiq
həndəsi formaya salınmış heyvan, quş təsvirləri,
həm də ayrıca bir əhvalatın əksini görə bilərsən.
Bu da xalqınızın böyük tarixi, dərin mədəni irsi və
fəlsəfi dünyagörüşü ilə bağlıdır. Siz qədim xalçaların
əsasında yeni xalçalar toxuyursuz. Beləliklə də, əsrlər
boyu formalaşan mədəniyyətinizi qoruyub saxlayır,
genetik informasiyanı yeni nəslə ötürürsünüz. Bu, çox
təqdirəlayiq işdir.
– necə düşünürsüz, Azərbaycan Şərq ölkəsidir? Biz
çox vaxt özümüzü avropalı sayırıq...
– Əlbəttə, Azərbaycan Şərq ölkəsidir. Çünki özü-
nəməxsus mentalı var. Burada insanlar şərqlilərsayağı
olaraq tələsmir, çox fikirləşirlər. Qonaqları da çox isti
qarşılayırsınız. Rusiyada buna rast gəlmək mümkün
deyil. Buranın çox gözəl mətbəxi var. Burada yediyim
təamları başqa heç yerdə dadmamışam. Çox ətirli,
tamlı çayınız var. Bu cəhətlərinə görə Azərbaycan
bütünlüklə Şərq ölkəsidir.
– Bəs Rusiyada Azərbaycan mədəniyyəti tanı-
nırmı? Sənətşünaslar bizim incəsənətə nə dərəcədə
bələddirlər?
– Tanıyırlar, qiymətləndirirlər, kolleksiya da yığırlar.
Başa düşürlər ki, buranın mədəniyyəti dərin köklərə
malikdir. Çox maraqlanırlar və deyərdim ki, kifayət
qədər də məlumatları var. Bizim sənətşünaslar da
Qafqaz, Azərbaycan xalçaları haqqında məqalələr
yazırlar. Təsviri sənətiniz də maraq doğurur. Amma
təəssüflər olsun ki, bura tez-tez gəlmək, peşəkarlarla
ünsiyyətdə olmaq imkanı azdır.
– “Azər-İlmə”nin nəzdində Azərbaycan xalçalarına
həsr olunmuş müxtəlif dillərdə silsilə kitablar
nəşr olunur. Sizcə, bu kitablar rusdilli oxucuları
maraqlandıra bilərmi?
– Tamamilə əminəm ki, maraqlandıracaq. Çünki
bu kitabları siz özünüz buraxırsınızsa, demək onun
içindəki məlumatlar daha dəqiq, daha əhatəli, daha
etibarlı olacaq. Müasir dövrdə keyfiyyətli kağızda
çap etmək, rənglərin daha dəqiq şəkildə əks olunması
imkanlarının artdığını nəzərə alsaq, oxucular
xalçalarınızın gözəlliyini daha yaxşı qiymətləndirə
biləcəklər. Keyfiyyətli kitabları əldə tutmaq özü belə
çox xoş olacaq. Belə kitablar mütləq kitabxanalarda,
kolleksiyaçılarda olmalıdır. Siz çox vacib, əhəmiyyətli
bir iş görürsünüz. Bu işlərinizdə sizə uğurlar arzu-
layıram.
– Müsahibəyə görə təşəkkür edirik.
Rusiyanın Dövlət Şərq Muzeyi Uzaq və
Yaxın Şərq, həmçinin Orta Asiya incəsənətinin
təqdim edildiyi ən iri mədəni-maarif
mərkəzlərindən biridir. Muzeyin fondunda 150
minə yaxın incəsənət və mədəniyyət nümunəsi
var. Burada Neolit dövründən müasir dövrə
qədər eksponatlara rast gəlmək olar. 1991-ci
ildən etibarən muzey Rusiyanın mədəni irsinin
xüsusi qiymətli obyektləri siyahısına salınıb.
Təməli 1918-ci ildə qoyulan muzeyin
ekspozisiyasında
Yaponiyanın,
Çinin,
Koreyanın, İranın, Hindistanın, Cənub-Şərqi
Asiyanın, Orta Asiyanın, Qazaxıstanın,
Buryatiyanın, Monqolustanın və Tibetin
incəsənəti təqdim olunur. Qədim və orta əsrlər,
o cümlədən, buddist heykəltəraşlığı, klassik
və müasir rəssamlıq, toxuculuq və zərgərlik
məmulatları, ağac və sümük üzərində oyma,
miniatür heykəltəraşlıq əsərləri, silahlar, müx-
təlif məişət əşyaları muzey ziyarətçilərini
heyran edir. Şərq muzeyi təkcə böyük sərgi
kompleksi yox, eyni zamanda elmi-tədqiqat
institutudur. Muzeyin fondunda nadir
nəşrlərin saxlandığı iri elmi kitabxana da
fəaliyyət göstərir.
Xalça. Yun. Xovlu. XIX əsr. Qazax qrupu.
(Rusiyanın Dövlət Şərq Muzeyində saxlanılan Azərbaycan xalçası)
1...,125,126,127,128,129,130,131,132,133,134 136,137,138,139,140,141,142,143,144,145,...200