132
– Bakıya gəlişimin səbəbi Azərbaycanın xalq tətbiqi sənəti
nümunələri ilə daha yaxından tanış olmaq və onlardan
ən maraqlılarını alıb Rusiyaya aparmaqdır. Moskvanın
mərkəzində – Petrovka küçəsində ye­ni­Şərq malları mağazası
açılıb. Burada imkanlı adamları cəlb edən yüksək keyfiyyətli
Şərqmalları satılır.Özevini,ofisini, asqılığınıqeyri-adiəşyalarla
bəzəmək istəyən adamlar həm antik, həm də müasir əşyalar
almaq istəyirlər. Şərq muzeyində çalışdığıma görə Qafqazda,
Azərbaycanda yüksək keyfiyyətli, maraqlı məmulatlara
rast gələcəyimi bilirdim. Artıq bəzi şeylər almışam. Sizin
Şəki kəlağayılarınız xüsusi maraq doğurur. “Azər-İlmə”nin
“Sehirli ilmələr” qalereyasında isə əsrarəngiz, nəfis toxunuşlu
xalçalarla tanış oldum. Buradakı xalçalara heyran qaldım.
Onların şəkillərini özümlə aparıram. Əminəm ki, kəlağayılar
da, xalçalar da alıcılarımızın diqqətini cəlb edəcək.
– Mariya Yuryevna, muzeyinizdə Azərbaycan incəsənətinə
aid hansı eksponatlar nümayiş etdirilir?
– Bizim muzeydə Şərq ölkələrinin təsviri sənət, qrafika,
heykəltəraşlıq, dekorativ-tətbiqi sənət nümunələri saxlanılır.
Mən özüm Qafqazın və Mərkəzi Asiyanın qədim metal
əşyalarını mühafizə edirəm. Muzeyimizdə “Qafqaz
incəsənəti” adlı daimi ekspozisiya fəaliyyət gostərir. Bura
XVIII, XIX əsrlər və XX əsrin əvvəllərinə aid ənənəvi incəsənət
nümunələri daxil edilib. Muzeyimizdə qafqazlı ustaların
zərgərlik məmulatlarına, silahlara, mis və gil qablara, milli
geyimlərə, xalça məmulatlarına rast gəlmək olar. Azərbaycana
aid eksponatlar içində naxışlarla, heyvan, insan təsvirləri
ilə bəzədilmiş mis qablar – səhənglər, camlar, sinilər maraq
doğurur. Bundan başqa, tunc çıraqlarınız, əlvan daşlar, zər,
minayla işlənmiş kəmərləriniz, qızılı və gümüşü saplarla
Xalça. “Zeyxur”. Yun. Xovlu. XIX əsrin II yarısı. Quba qrupu.
(Rusiyanın Dövlət Şərq Muzeyində saxlanılan Azərbaycan xalçası)
1...,124,125,126,127,128,129,130,131,132,133 135,136,137,138,139,140,141,142,143,144,...200