162
Ev dIzaynında
xalça
Şərqdə əzəldən xalça uğur, sağlamlıq nişanəsi, insanların maddi rifahı­
nın göstəricisi olub. Xeyirxahlığın və əmin-amanlığın rəmzinə çevrilən
xalçalar özlərində insan əlinin hərarətini, yüzilliklərin hikmətini saxlayır.
Bu baxımdan Azərbaycan xalçalarının dünya xalçaçılığında öz yeri var.
İstər rəng çaları, istərsə də ornament baxımından zəngin olan xalçalarımız
istənilən xalçanı kölgədə qoya bilər. Xalçaçılıq həm də incəsənətin ən
ecazkar sahələrindən biridir. Şux rəngli naxışlarla bəzənmiş xalçalar evə
xüsusi enerji, xoş ovqat gətirir, bir incəsənət nümunəsi kimi zövqləri
oxşayır. Amma bu rahatlığı yaratmaq üçün xalçanın üstünlüklərindən
agah olmaq və onu otağa düzgün döşəmək tələb olunur.
1...,154,155,156,157,158,159,160,161,162,163 165,166,167,168,169,170,171,172,173,174,...200