163
Evinizin interyerini maraqlı, orijinal üslubda
qurmaq istəyirsinizsə, rastınıza çıxan ilk xalçanı
almaq məsləhət deyil. Xalça interyerdə effektli
görünsün deyə, evin ümumi mühitinə uyğun gəl­mə­
li və necə deyərlər, “öz yerində” olmalıdır. Ona görə
də əvvəlcə sizə hansı ölçüdə xalça lazım olduğunu
müəyyənləşdirin. Qonaq otağına elə bir xalça
seçməlisiniz ki, orada əyləşənlərin hamısının ayağı
xalçanın üstünə çatsın. Əks halda, xalçadan kənarda
qalan adam özünü narahat hiss edəcək. Yaxşı olar
ki, xalçanın üstünə mebel qoymayasınız. Əgər
qoymusunuzsa, onda mebel bütünlüklə xalçanın
üstündə dayanmalıdır, kənarlara çıxmamalıdır.
Yataq otağına isə kiçik ölçülü, uzun xovlu xalça
uyğun gəlir. Bu otaqda xalçanı çarpayının altına
salmaq düzgün deyil. Yataq otağında hər çarpayının
qarşısına kiçik xalça qoymaq daha münasibdir.
Xalça ən darıxdırıcı otağa belə şuxluq, xoş əhval-
ruhiyyə, rahatlıq gətirir, qışda istiliyi qoruyur,
rütubəti sabit saxlayır. Yun xalçanın pəncə ilə tə­
masda göstərdiyi masaj effekti isə təkcə tonusa
deyil, ayaq və onurğa ağrılarına, habelə təzyiqə qarşı
xeyirlidir.
1...,155,156,157,158,159,160,161,162,163,164 166,167,168,169,170,171,172,173,174,175,...200