166
tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. la-
kin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş
incə simlərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış
lövhəciklərdən, metal piləklərdən, hətta qiymətli daş-qaşdan
da geniş istifadə edilib. tikmə sənəti əsrlər boyu qadınların
sevimli məşğuliyyəti olub. Yalnız xırda əmtəə istehsalı
səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul
olmağa başlayıblar. XIX əsrdə kənd və şəhər qadınları
evlərdə, kişilər isə dükanlarda bədii tikmənin müxtəlif
növləri ilə məşğul olurdu. təkəlduz dükanlarında peşəkar
ustalar yalnız təkəlduz, evlərdə isə qadınlar güləbətin, xan-
duz, zərənduz, muncuq, pilək, oturtma, örtmə, cülmə və s.
kimi tikmə nümunələri yaradırdılar.
XIX əsrdə tikmə ustaları əsasən qanovuz, mahud, məxmər
üzərində işləyirdilər. Parçalar əksərən tünd-qırmızı, qara,
yaşıl, sürməyi, zoğalı rəngdə olurdu. çəhrayı və bənövşəyi
rəngli məxmər parçalardan güləbətin tikmə üçün “yerlik”
götürülürdü. Varlılar isə misqalı tirmə üzərində güləbətin
sapla naxış tikirdilər.
öz varlığını qoruyaraq bu günümüzə qədər gəlib çıxan
bu sənəti, davam etdirən tikmə ustaları az da olsa, var. Belə
tikmə ustalarından biri də MehRİBAn XəlİlZADəDİR.
Mehriban Xəlilzadə Şəki şəhərində anadan olub.
1985–1988-ci illərdə şəhər Pionerlər Evində bədii
tikmə ilə məşğul olan Mehriban Xəlilzadənin əl işləri
1986-cı ildən respublikada və bir sıra xarici ölkələrdə
sərgilənib. Müəllif təsviri sənətə və toxuculuğa xas
xüsusiyyətləri ustalıqla birləşdirərək tikmə sənətində
maraqlı kompozisiyalı əsərlər yaratmağa müvəffəq
olub.
1...,158,159,160,161,162,163,164,165,166,167 169,170,171,172,173,174,175,176,177,178,...200