177
Qobustan qayaüstü təsvirlərində rast gəlmişdik.
Xüsusi geyimlər.
Xüsusi geyimlərə maq geyimlərini aid etmək olar.
Təxti-Cəmşid relyeflərində e.ə. V yüzillikdə təsvir edilmiş maqın geyimi
midiyalı zadəgan geyiminə bənzəyir, baş geyimi çənə altından və
qulaqların üstündən keçməklə bütünlüklə boyun-boğazı örtür, digəri isə
hündür konusşəkilli olmaqla başa geyilir ki, onun da hündür təpəsi arxaya
sallanır. Ayağında yüngül, uzunluğu topuğa qədər olan çəkmə var.
Qədim dövr kişi geyimlərinin təsnifatını aşağıdakı kimi vermək olar:
1. Bürünmə tipli geyim;
2. Sarınma tipli geyim;
3. Geyilmə tipli geyim.
Geyilmə geyim tipi çiyin və bel geyimlərinə bölünürdü.
çiyin geyimi:
Köynək və onun üzərindən geyinilən bürüncəkdən ibarət
idi.
Köynək iki formada olurdu:
1. Boyvəboy, düz biçimli, qısaqollu olub, uzunluğu dizə qədər olan:
Bu geyimin ətək xətti bəzən qeyd edilərək ətəyə paralel olan zolaq formasında
naxış əmələ gətirir, bəzən də heç bir işarə qoyulmurdu.
2. Boyvəboy, düz biçimli, uzun qollu olub, uzunluğu dabana qədər olan geyim.
Bel geyimi – şalvar:
Yuxarıda qeyd olunmuş təsvirlərdən bir neçə cür
şalvar formasına rast gəldik:
1. Uzun, ensiz hörmə zolağın sarınırmış kimi birləşdirilməsi vasitəsilə əldə
olunan şalvar;
2. 1-ci bənddə qeyd olunmuş zolaqların eninə birləşdirilməsindən alınan
dördkünc materialdan tikilmiş, balağı uzunboğaz, toxunma corabın içərisinə salınan şalvara nisbətən qısa
şalvar;
3. Uzunluğu dizə qədər olan ornamentli şalvar;
4. Baldırda kip dayanmaqla arxa hissəsi uzunboğaz çəkmənin üstünə düşən şalvar;
5. Spiralvari texnika ilə tikilmiş şalvar;
6. Uzunluğu dabana qədər olan, düz biçimli şalvar.
örtülmə tipli geyim:
Qədimdə geyimin üstündən çiyinə örtük salınırmış. Bu örtüklər də iki cür olurdu:
1. Heyvan dərisindən düzəldilmiş dəri bürüncək.
Bu bürüncək bir qola geyinilərək çiyinə salınırdı. Bəzən bu dəri parçasının üstündən
belə kəmər bağlanırdı.
Plaş:
(bürümə, xirqə)
Bu geyim tipi yuxarıda qeyd olunan örtüyə bənzər olub, köynəyin üstündən
geyinilirdi. Təsvirlərdə bu geyim növünün bir neçə forması ilə rastlaşırıq:
1. Qısa olub, qolun üstünü də örtməklə çiyinə salınan və bəzi hallarda papaqlı tikilən
bürümə;
2. Uzun olub, uzunqollu, gen ətəkli olmaqla beldə kəmərlə yığılan;
3. Geniş biçimli olub, qırçınlarla beldə yığılan bürümə.
Geyim dəstinin əlavə elementi: üst köynəyinin belinə qurşaq və ya kəmər
bağlanır, qurşağın bir ucu sərbəst sallanırdı. Belə qurşağa Ninəva relyeflərindəki
təsvirlərdə, Assuriya relyeflərindəki midiyalıların geyimlərində, bürünc situla
üzərindəki kahin geyimində rast gəlinib.
Alt geyimləri.
Ayrılıqda alt geyiminə rast gəlinməsə də, yuxarıda qeyd etdiyimiz
kimi köynəyin həm alt, həm də üst köynəyi əvəzinə geyinildiyi qənaətinə gəlirik.
Bəzi təsvirlərdə şalvar çiyin geyimi olmadan da geyinilmişdir. Bəzi təsvirlərdə
köynəyin altından azacıq görünərək dizi örtən, şalvar adlandırdığımız bel geyimi
var ki, onu da alt bel geyimi kimi qəbul etmək olar.
Doğrudan da, milli geyimlərin üslubu, onlarda istifadə olunan naxışların hər
birinin mənası, çözümü var. Bunların mənasını bilmədən, harada və necə gəl-
di istifadə etmək olmaz. Xatırladaq ki, qədimlərdə nişanlı qızlar adaxlılarına öz
əlləri ilə naxışlarla işlənmiş köynək hədiyyə edərək, arzularını naxışlar vasitəsilə
onlara çatdırarmışlar. “Kitabi-Dədə Qorqud”da deyildiyi kimi: “Beyrəyin gömləyini
qana-quna batırıb, gətirib Qazan xanın önündə yerə bıraqdı. Qazan xan dedi: “Gömləyi
adağlusına aparın, o tiküb, naxışlarını o bilür...”.
l
r
r
l
d
r n
l
d y
l
1...,169,170,171,172,173,174,175,176,177,178 180,181,182,183,184,185,186,187,188,189,...200