175
Dövrümüzə qədər gəlib çatmış tarixi məxəzlərdə, o cümlədən qədim
dövr təsviri sənət əsərlərində döyüş və ov səhnələri əks edildiyindən
qadın təsvirlərinə çox nadir hallarda rast gəlinir. Qədim dövrün ilk
qadın təsvirlərinə Qobustan qayaüstü rəsmlərini, Ana xaqanlığı
dövrünə aid qadın heykəlciklərini və s. aid etmək olar.
Geyim materiallarının istehsalı və əldə edilməsi bölümündə bu
dövrdə insanlara artıq hörmə texnikası bəlli idi və onlar bu texnika
vasitəsilə ensiz, uzun zolaq hörə bilirlərmiş. Eneolit dövrünə aid
geyim materiallarının hazırlanmasından aydın oldu ki, bu dövr
insanlarına əllə sıralama hörmə texnikası ilə paralel olaraq, əllə
dövrələmə hörmə texnikası da bəlli idi. Hörülmüşməmulat hissələri
mis və sümük iynələr vasitəsilə bir-birinə birləşdirilmişdir.
höRMə teXnİKASI İlə
hAZIRlAnAn GeYİMləR
Qadın geyimlərinə aid nümunələrdən biri də e.ə. I minilliyə aid
edilən gil qadın fiqurudur. Həmin fiqur hazırda San-Fransiskoda
“Asiya İncəsənəti Fondu”nda saxlanılır. Mütəxəssislər qeyd
edirlər ki, arxeoloji qazıntılar zamanı tapılmış spiral formalı bəzək
əşyaları–üzük, muncuqlar, boyunbağı, qolbaqlar da bu dövr üçün xarakterikdir.
E.ə. VII yüzilliyə aid edilən Ninəva relyeflərində “Assuriyalıların midiyalıları güclə kö-
çürməsi” səhnəsində qadınlar da təsvir edilib. Onların əynində uzunluğu topuğa qədər
olan, düz biçimli köynək və onun üstündən geyinilən, parçadan tikilmiş ovalşəkilli üst
geyimi var.
Qədim dövr qadın geyimlərinin təsnifatını aşağıdakı kimi vermək olar.
İnsanların geyinməyə başladığı ilk dövrlərdən etibarən yararlandığı dəri parçalar
bürünmə geyim tipinə aid edilir.
E.ə. VIII–VI minilliklərdə təbii liflərdən hörülmüş ensiz zolaq sarğıdan
spiralvari texnika ilə birləşdirilərək, sinəni və ayrı-ayrılıqda ayaqları
örtən geyim vasitəsi kimi istifadə olunmuşdur və bu sayaq geyim tərzi
e.ə. VI–IV minilliklərə qədər davam etmişdir. Bu cür geyimi sarınma
geyim tipinə aid etmək olar.
E.ə IV-III minilliklərdə artıq tək millə hörmə texnikası məlum idi
və bu dövrün adamları hörmə materialını iynə vasitəsilə bir-birinə
tikməyi bacarırmışlar.
Erkən tunc dövründə artıq hörmə alətlərinə daha çox rast
gəlinir və təsvirlərdə hörmə üsulu ilə əldə olunmuş geyimlərə tə-
sadüf olunur. Hörmə üsulu ilə hazırlanmış geyimlərin uzunluğu
dizə qədər olur və ətək xətti qeyd olunurdu.
E.ə. I minillikdə qadın geyimləri alt paltarından, əsasən,
uzunluğu dabana qədər olan sərbəst biçimli, geniş gövdəli,
uzunqollu üst geyimindən və ayaqdan sinəyə qədər
bütün bədəni örtən, spiralvari konstruksiya ilə tikilmiş
çaxçurdan ibarət imiş.
SARI DOnlU SelcAn
XAtUn eŞQİnə
m
l m
r
z l m
r
r
m
d
s n
x
1...,167,168,169,170,171,172,173,174,175,176 178,179,180,181,182,183,184,185,186,187,...200