179
“Ağaclı”
Təbriz qrupuna aid xalça kompozisiyası
Ağbaba xalçaları
Qərbi Azərbaycanda bölgə. Ağbabada toxunmuş xalça və xalça məmulatları,
özünəməxsus toxunma texnologiyası və buranın təbiətindən irəli gələn
çalarları ilə birgə, kompozisiya quruluşuna görə Qazax xalça məktəbinə
yaxındır. Bu ərazidə toxunan xalçalar texnoloji üsullarına görə ağır çəkisli
hündür xovu, yumşaq və parlaq yunu ilə seçilir. İlk baxışdan qalın görünən bu
xalçalar ənyüksək keyfiyyətli yundan toxunmuşdur. Bu xalçalarda təbii üsulla
alınmış qırmızı, sumağı, sürməyi, sarı, qəhvəyi, yaşıl, şəkəri, mavi rənglərdən
ibarət kolorit həlli öz uyarlığı ilə göz oxşayır. Onların kompozisiya quruluşu
azərbaycanlıların həyat tərzi və məişətindən irəli gələrək, əsrlər boyunca
formalaşmışdır. Bu xalçalarda abstrakt həndəsi formalı naxışlar sistemi
üstünlük təşkil edir. Burada rast gəlinən su, ağac, nar, bitki, heyvan motivləri
mürəkkəb həndəsi elementlər toplusu, svastika insanı qoruyan, onu müdafiə
edən simvollar kimi anlaşılır. Müxtəlif türk tayfalarının məskunlaşdığı bu
bölgə çeşidli semantik elementlərin xalçalarda əks olunması ilə fərqlənirdi.
Ağbaba mahalında, əsasən, kilim, palaz texnikası ilə toxunan xalçalar
üstünlük təşkil edirdi. Bu mahalın xalçaları üçün “damğa”, “qoşa damğa”,
“dilikli damğa” və “qarmaqlı” motivləri səciyyəvi idi. Buranın xalçalarının
rəngi şuxluğu, oynaqlığı ilə nəzərə çarpır. Bəzən şux rənglərlə sakit rənglər
uzlaşdırılaraq, çox baxımlı, özünəməxsus bir rəng düzümü yaradırdı. Bu
mahalda toxunan xalçalarda rənglər 7-dən 10-na qədər dəyişilərək ənənəvi
qanunauyğunluqla tərtib edilirdi.
1...,171,172,173,174,175,176,177,178,179,180 182,183,184,185,186,187,188,189,190,191,...200