176
E.ə. IX–VII yüzilliyin çiyin geyimi üst-üstə geyinilmiş, eyni formalı, müxtəlif rəngli üç ədəd
geyimdən ibarət imiş. Bütün geyimlər qol altında sıra ilə tikilmiş 20 ədəd iri düymə ilə düymələ-
nirmiş. Geyimlər qol ağzında da sıralama tikilmiş nisbətən kiçik ölçülü düymələrlə düymələnirmiş.
E.ə. VII yüzillikdən etibarən qadınlar uzun, düz biçimli, qollarının uzunluğu dirsəyə qədər olan
köynək və onun üstündən boynu oyma, ellips formalı, yanları tikişli və ya tikişsiz örpək tipli geyim
geyərlərmiş. Bəzən örpəyin yan xətti boyunca saçaq tikilirdi. Digər formalı köynəklərin ətək xətti
düz deyil, çəp olur, belinə kəmər bağlanır, üzərindən isə örpək tipli geyim geyinilmirdi.
çiyin geyiminin iki formada olduğu müəyyən edilmişdir:
1. Düz biçimli, qısaqollu olub, uzunluğu bir tərəfdə baldırın yarısına, o biri tərəfdə isə dizə qədər olan köynək;
2. Geniş, düz biçimli, uzunqollu olub, uzunluğu dabana qədər olan köynək və ya don.
Bu geyimin üstündən örpək formalı geyim geyinilirdi.
1. Eyni bədən ölçüsünə uyğun götürülmüş materialdan biçilərək, qol əmələ gətirməklə yan xətti tikili olan;
2. Eyni bədən ölçüsündən böyük götürülməklə, yan xətti açıq saxlanılan.
Bel geyimləri: arxeoloji qazıntılardan əldə olunmuş dolayı materiallardan aydın olur ki, Qədim
dövrdə qadınların bel geyimi, əsasən, şalvar və çaxçurdan ibarət olmuşdur. Çaxçur spiralvari
konstruksiya ilə tikilərək ayaqdan sinəyə qədər bədənin aşağı hissəsini bütünlüklə örtürdü.
Alt geyimləri: Tarixi məxəzlərdə ayrılıqda alt geyiminə rast gəlinməsə də, yuxarıda qeyd etdiyimiz
kimi köynəyin həm alt, həm də üst köynəyi əvəzinə geyinildiyi qənaətinə gəlirik. Bəzi təsvirlərdə
örpəyin ətəyindəki oval hissənin altından görünən köynəyi alt köynəyi kimi qəbul etmək olar.
Baş geyimləri: Qobustandakı qayaüstü qadın rəsmlərinin çoxunda baş, qollar və ayaq pəncələri
təsvir edilməmişdir. Fikrimizcə, bu, onunla əlaqədardır ki, bu cür təsvirlər həmin qadınların
əynindəki geyimi göstərmək məqsədi daşıyıb və geyimlə örtülməyən hissələr bu səbəbdən göstəril-
məyib.
Ayaq geyimləri: Mingəçevir küp qəbirlərindən tapılmış ayaqqabı formalı gil qablara əsasən
demək olar ki, Qədim dövr qadınları səliqəli tikilmiş müxtəlif formalı ayaqqabılar geyinirmişlər.
Qədim dövr təsvirlərində əsir düşmüş qadınların bir qismi ayaqyalın, digərləri isə uzun geyimdə
təsvir edildiklərindən, onların ayaq geyimlərinin dəqiq forma və materialı barədə məlumat vermək
mümkün deyil.
Azərbaycan ərazisində e.ə. I minillikdə geyimlərin forması eramızın əvvəllərinə kimi o qədər də
dəyişikliyə uğramamışdır. Bu dövr geyim materiallarının hazırlanmasının araşdırılmasından aydın
oldu ki, geyim materiallarının istehsalı üçün işlədilmiş alətlər əvvəlki dövrlərə nisbətən daha da
təkmilləşmiş, təbii ki, buna müvafiq olaraq, əl ilə və toxuma dəzgahı vasitəsilə toxunan materialların
keyfiyyəti və çeşidi də inkişaf etmişdir. Artıq e.ə. III minillikdəki kimi əl ilə hörülərək ensiz zolaqdan
ibarət olub əyinə kip yapışaraq, tamamilə bədənin
formasını alan geyim, e.ə. VIII yüzillikdə eyni formalı,
lakin sərbəst biçimli, e.ə. VI–V yüzillikdə isə xeyli enli
materiallardan tikilir və hətta qırçınlanaraq kəmərlə
beldə yığılırdı. Bu dövrün xarakterik kişi geyimi
öz formasına görə uyğun dövr qadın geyimlərinin
formasından çox da fərqlənmirdi.
Döyüş geyimi:
E.ə. IV yüzilliyə aid edilən “Yün-
gül geyimli midiyalının yunanla döyüşü” səhnəsində
də midiyalı döyüşçünün əynində zirehli üst geyimi
təsvir edilib. Amma bunun altından köynək və şalvar
geyinilib. Başında metal baş geyimi var. Ayağında
səliqəli tikilmiş çəkmə var. Zirehli üst geyimi beldə
dilimlənib, bu da yəqin ki, onun əynində rahat
dayanması məqsədilə edilibmiş.
Döyüş geyim dəstinin əsas üstünlüklərindən biri
də onun kürəyində silah taxmaq üçün xüsusi olaraq
düzəldilmiş borucuqlarınolması idi. Bunlarınhesabına
həm silah daşınır, həm də əl sərbəst hərəkət edə bilirdi.
Bu məqsədlə geyimə xüsusi əlavələrin edilməsinə hələ
KöYnəYİ YAŞIl OĞlAn,
GöR nə YARAŞIR, OĞlAn...
1...,168,169,170,171,172,173,174,175,176,177 179,180,181,182,183,184,185,186,187,188,...200