174
Azərbaycan milli geyimləri xalqımızın maddi mədəniyyətinin, ona xas olan
xüsusiyyətlərin məcmusudur və sarsılmaz etnik nişanələrə malikdir. Tarixən
geyimin üslubu onun sahibinin ailə vəziyyətini və yaşını əks etdirib. Məsələn,
Azərbaycanda subay qızların geyimləri evli qadınların geyimlərindən
həmişə fərqlənib. Xalça naxışlarının müasir geyim dizaynında
istifadə olunması isə artıq dəb halını alıb. Milli geyimlərimizdə
xalça naxışlarından ən çox istifadə olunanı buta və onun müxtəlif
kompozisiyaları, çiçək yatağı, spirallar, stilizə olunmuş nəbati
naxışlar və digərləridir. Xalça naxışlarından, əsasən, hörmə üsulu
ilə hazırlanan yun və ipək corablarda daha çox istifadə olunur.
Xalçaların regional xüsusiyyətlərinə bələd olan hər kəs belə corablara
baxan
kimi onun hansı bölgəyə məxsus olduğunu deyə bilər.
Tarixdə ornament təsviri formalarla paralel olaraq inkişaf etmiş və ayrı-ayrı dövrlərdə
məna daşıyıcısı rolunu oynamaqla qısa, aydın informasiya sisteminə çevrilərək
cəmiyyətin dini, sosial, fəlsəfi dünyagörüşünü əks etdirmişdir. Ornament yarandığı
gündən təyinatından asılı olaraq qrafik təsvirli, həndəsi, zoomorf, antropomorfik,
epiqrafik ornamentlər kimi məişətimizə daxil olmuşdur. İlkin olaraq bütün
dünya incəsənətində ən çox yayılmış ornamentlər nöqtə, kürə, düz və dalğalı
xətlər, üçbucaq, ziqzaq, şahmat, spiraldır.
Milli geyimlərdə istifadə olunan naxışlar içində ən çox rast gəlinəni
butadır. Buta – Azərbaycanın milli ornamenti olub, çox qədim
dövrlərdən başlayaraq maddi mədəniyyət nümunələrini bəzəyir.
Mütəxəssislər butaya müxtəlif cür izahlar verərək onun mənasını,
fəlsəfəsini, təyinatını izah etməyə çalışırlar. Butanın kompyuterdə
qrafik təhlili isə onu göstərir ki, bu simvol ellipsdən alınmışdır.
Ellips əbədi həyatın – ikidünyalılığın, yarımellipsin içindəki
üç ellips isə ailənin simvoludur. Butaların müxtəlif cür
yerləşməsindən yeni butalı ornamentlər alınır ki, bunlar da
müvafiq olaraq, “balalı buta”, “küsülü buta”, “hamilə buta”,
“sevgili buta” və s. kimi adlandırılır. Bütün
bunlar ailə münasibətlərini simvolizə edir.
Təkcə naxışların deyil, geyim elementlərinin
formasının da inanclarla əlaqəsi olub. Məsələn, milli
geyimlərimizdə tarixən həm spiral formalı naxışlardan istifadə olunub,
həm də baş geyimləri (XVI əsr) və çaxçur spiral formada tikilib. Bu,
zərdüştilik inancını ifadə edirdi. Maraqlıdır ki, Günəşin spiralvari
burulması bəzi inanclarda qiyamətin əlaməti kimi izah edilir.
Müasir geyimlərdə, modelyerlərin yeni kolleksiyalarında da
milli ornamentli, naxışlı geyimlərə tez-tez rast gəlinir. Gənclər öz
toylarında, qızlar xınayaxdı mərasimlərində milli geyimlərdən
istifadə edirlər. Bəs görəsən, müasir geyimlərdə qədimi naxışlar
nə dərəcədə istifadə olunur və bu naxışların mənası araşdırılırmı?
Geyim mədəniyyətinin tədqiqatçısı, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Sabirə Dünyamalıyevanın fikrincə, milli naxışlardan
istifadə edən bir çox modelyerlər onların nə fəlsəfəsini, nə
mənasını, nə də təyinatını bilirlər: “Ona görə də tez-tez
yanlışlıqlarla qarşılaşırıq. Çoxları xəbərsizdir ki, naxışlarımızın
dili, tələbi, fəlsəfəsi, mənası və təyinatı var”.
Qaftan, sarafan, şalvar kimi geyim növlərinin adı isə türk
dilindədir. Elə nənələrimiz, babalarımız da bu cür geyimlər
geyiblər. Hər dövrün bir dəbi, bir biçimi olub. Azərbaycanın
geyim tarixinə baş vuraq.
S. Dünyamalıyevanın “Azərbaycan geyim mədəniyyəti tarixi”
kitabında qədim dövr geyim mədəniyyəti geniş şəkildə araşdırılıb,
qadın və kişi geyimləri arasındakı fərqlər də incəliklə göstərilib.
l
s
m
y
y
l
q
r
x
s
r
b
1...,166,167,168,169,170,171,172,173,174,175 177,178,179,180,181,182,183,184,185,186,...200