178
“Azərbaycan xalçaları” jurnalı “Azərbaycan xalçalarının
ensiklopediyası” adlı silsiləyə başlayır. Bu silsilə çərçivəsində
xalçaçılığa aid terminlər, əsas anlayışlar və xalça sənətinin
inkişafında xidməti olan insanlar haqqında əlifba sırası ilə
məlumatlar verəcəyik. Bu sayımızda əlifba sırasında birinci
yeri tutan “A” hərfindən başlayırıq:
Açıq-abı
Açıq-qəhvəyi
“Açma-yumma”
Aftab Qasım qızı
Ağacişləmə
Abısı (mavisi) az olub, ağabənzər rəng
Açıq qəhvə və ya açıq-palıdı rəngi
Qarabağ qrupuna daxil olan xalça kompozisiyası
XIX əsr. Şuşa. Xalçaçı.
Qədim tarixə malik xalq sənəti sahəsidir. Ağacişləmə sənətində xalq
sənətkarları balta, kərki (əl kərkisi, ayaq kərkisi), tişə (kərkiyə bəzən tişə də
deyilir), rəndə (çərçivə rəndəsi, həmçinin müxtəlif böyüklükdə digər rən-
dələr), dartı, burğu, lisə, əyri, iskənə, çəkic, ölçü, taraz, xarrat (dülgər) dəzgahı
kimi əmək alətlərindən istifadə edərdilər. Ağacişləmə sənəti məhsullarından
aşağıdakıları qeyd etmək olar: çömçə, qaşıq, tabaq, təknə, yuxayayan, oxlov,
çanaq, həvəngdəstə; cəhrə, daraq, şərbaf və şalbaf dəzgahları, hana ağacı;
kotan, xış, vəl, tapan, mala, kürək, bel, şana, yaba, yığan, dırmıq, kirşə, araba;
tar, saz, ud, kamança, nağara, qaval və s.
1...,170,171,172,173,174,175,176,177,178,179 181,182,183,184,185,186,187,188,189,190,...200