48
Kamil Əliyevin müxtəlif illərdə yaratdığı
portret-xalçalar Azərbaycan mədəniyyətinin
qızıl fonduna daxil olmuşdur. Orta əsrlərdə,
sonrakı dövrlərdə geniş yayılan, daha çox
miniatür ovqatında toxunan süjetli və
qismən portret meyilli xalçalardan fərqli
olaraq bu əsərlərdə realist üslub aparıcı
mövqedədir. Haşiyələrin həndəsi və nəbati
naxış sintezi, lirik-romantik ruhu ara
sahədə yerləşdirilən portretin dəqiq realist
biçimləri ilə bütöv vəhdət yaradır, bir-birini
tamamlayır. Bu, Kamil Əliyevin portret-
xalçalarının əsas sənətkarlıq xüsusiyyətidir.
Onun hər bir xalçası ən əvvəl bədii-fəlsəfi
bütövlüyü, tamlığı, naxışların harmoniyası
ilə diqqəti cəlb edir. Bu baxımdan 1987-ci
ildə toxunmuş, Rabindranat Taqora həsr
olunmuş portret-xalça müxtəlif sənətşünaslar
tərəfindən yüksək qiymətləndirilmişdir.
Ürəkdən-ürəyə ünsiyyət körpüləri salmağı
sənətçilərin vətəndaşlıq borcu hesab edən
Kamil Əliyev “Şota Rustaveli”,
“A. S. Puşkin”, “İndira Qandi” kimi böyük
şəxsiyyətlərin portret-xalçalarını yaradarkən
bu arzularla yaşamış, Azərbaycanla
dünya ölkələri arasında mədəni əlaqələrin
genişlənməsinə çalışmışdır.
O, eyni zamanda, türk dünyasının böyük
şəxsiyyətlərinin “Heydər Əliyev”, “Mustafa
Kamal Atatürk” obrazlarını xalçaya
gətirməklə, onların böyüklüyünü, qüdrətini
bədii ifadə vasitələri ilə çatdıra bilmişdir.
1...,40,41,42,43,44,45,46,47,48,49 51,52,53,54,55,56,57,58,59,60,...200