46
Azərbaycanın qədim şəhərlərindən olan İrəvan
özünün böyük mədəniyyəti, tarixi ilə tanınır.
Bu şəhərdə dünyaya göz açmış ziyalılar, elm
və mədəniyyət xadimləri Azərbaycanın ictimai
və sənət həyatında böyük iz buraxıblar. Bu
şəxsiyyətlərdən biri də Kamil Əliyev idi.
Onun Azərbaycan
xalça
rəssamlığında
xidmətləri misilsizdir. Kamil Əliyevin xalça
rəssamlığına gəlişini təsadüfi hesab etmək olmaz.
Uşaqlıqdan sehrli aləmin içində böyüyən Kamilə
bu qədim sənəti sevdirən anası Xanım oldu.
Yaşıdları küçədə oynayanda o, anasının yanında
oturar, xalça haqqında suallar verərdi. Xalça həm
də onların dolanacaq mənbəyi idi. On bir yaşında
atasını itirən Kamilin nənəsi və anası qədim
çeşnili xalçalar toxuyar və bazarda satardılar.
Xalçaya olan maraq onu 1930-cu ildə Əzim
Əzimzadə adına Bakı Rəssamlıq Texnikumuna
gətirir. Eyni zamanda, “Azərxalça” İstehsalat
Birliyində köçürücü rəssam kimi işləyir.
Qəzənfər Xalıqov, Əmir Hacıyev, lətif Kərimov
kimi sənətkarlarla çalışdığı günləri həyatının ən
xoşbəxt dövrü hesab edirdi.
İkinci Dünya Müharibəsində iştirak edən
rəssam 1946-cı ildə tərxis olunaraq vətənə
qayıdır. Bir il sonra Xalça İstehsal-yaradıcılıq
kombinatında rəssam kimi fəaliyyətə başlayır.
Müxtəlif vaxtlarda ayrı-ayrı sahələrdə çalışsa da,
xalçaya olan sevgisi onu bu sənətə qaytardı.
1...,38,39,40,41,42,43,44,45,46,47 49,50,51,52,53,54,55,56,57,58,...200