39
Professor Vidadi Muradovun müəllifliyi ilə Qərbi
Azərbaycanın xalçaçılıq ənənələrini tədqiq edən
fundamental elmi araşdırma nəşr olunub. Bu işdə
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov
adına Tarix İnstitutu da fəal iştirak edib.
Noyabrın 3-də “Azərbaycan xalçaları İrəvan qrupu” adlı
monumental kitabın və altı dildə dərc olunan eyniadlı
broşürlərin təqdimat mərasimi keçirildi. Milli Məclisin
deputatlarının, tanınmış elm adamlarının və aparıcı KİV
rəhbərlərinin iştirakı ilə keçirilən təqdimat mərasimi
“Yeni Azərbaycan” Partiyası, AMEA-nın Tarix İnstitutu
və “Azər-İlmə”nin birgə təşkilatçılığı ilə reallaşdı.
Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini – icra
katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirdi
ki, təqdimatı keçirilən bu kitab Azərbaycanın milli
mədəniyyətinin qədim tarixini yaşatmaq işinə xidmət
edir.
Ona görə ki, xalçaçılıq Azərbaycanın tarixini yaşadan,
onu nəsildən-nəslə ötürən maddi nemətlərdən biridir.
İrəvan torpağı həm də qədim xalçalarımızda yaşayır.
Biz nə qədər bunları qoruyacağıq, o qədər də tariximizin
sahibi olacağıq. Biz bu mənəvi sərvətlərə sahib çıxdıqca
həm də müvəqqəti itirilmiş torpaqlarımızın sahib olmaq
haqqını özümüzdə yaşadırıq.
Ə.Əhmədov “Azərbaycan xalçaları İrəvan qrupu”
kitabını ərsəyə gətirən bütün yaradıcı insanlara
minnətdarlığını bildirdi.
YAP sədrinin müavini – icra katibi Əli Əhmədov
Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov
və deputat Fəttah Heydərov
AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun
direktoru, professor Yaqub Mahmudov
Milli Məclisin deputatları. Soldan-sağa:
Qənirə Paşayeva, Bahar Muradova, Rəbiyyət Aslanova,
Səyavuş Novruzov, Eldar İbrahimov, Mübariz Qurbanlı
Tədbirin qonaqları
1...,31,32,33,34,35,36,37,38,39,40 42,43,44,45,46,47,48,49,50,51,...200