40
Təqdimat mərasimində Milli Məclisin deputatı, Əməkdar
Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, Tarix İnstitutunun direktoru, eyni zamanda “Azərbaycan
xalçaları-İrəvan qrupu” kitabının elmi redaktoru professor Yaqub
Mahmudov da çıxış edərək, nəşrin həm xalçaçılıq sənəti, həm də
siyasi baxımdan əhəmiyyətindən danışdı.
Kitabın müəllifi professor Vidadi Muradov isə öz çıxışında qeyd
etdi ki, respublikamızın dünya miqyasında şöhrətlənməsində
onun mədəniyyətinin, o cümlədən xalçaçılıq sənətinin də böyük
rolu olmuşdur. Azərbaycanda xalçaçılığa yüksək səviyyədə dövlət
qayğısı onun yeni intibah dövrünü təmin etmişdir. Prezident İlham
Əliyevin diqqət və qayğısı nəticəsində xalçaçılığın inkişafının
qanunvericilik bazası yaradılmışdır. 2004-cü il dekabrın 7-də
“Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi
haqqında”qanuntəsdiqolunmuş, 2005-ci il fevralın7-dəonuntətbiq
edilməsi barədə fərman verilmişdir. Azərbaycan xalçaçılığının
təbliği və nümayiş etdirilməsi məqsədilə dünya təcrübəsində
bənzəri olmayan xalça muzeyi binasının inşasına başlanmışdır.
Milli mədəniyyətimizin, o cümlədən xalçaçılığın inkişafında
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
xoşməramlı səfir Mehriban Əliyevanın da böyük rolu vardır.
Məhz onun səyi ilə Azərbaycan xalçası 2010-cu il noyabrın 16-
da YUNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə
Siyahısına daxil edilmişdir.
Vidadi Muradov sonda mədəniyyətimizin, o cümlədən
xalçaçılığın inkişafına böyük diqqət və qayğısına görə Prezident
İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Tədbirdə çıxış edən digər natiqlər təqdim olunan bu kitabı
xalçaçılıq sahəsində yaradılmış tarixi nailiyyətə qoyulmuş abidə
kimi dəyərləndirmiş və əsəri tariximizin öyrənilməsi baxımından
böyük hadisə hesab etmişlər.
Professor Vidadi Muradov, YAP sədrinin müavini
– icra katibi Əli Əhmədov, AMEA-nın müxbir
üzvü, Tarix İnstitutunun direktoru, professor
Yaqub Mahmudov
Milli Məclisin deputatları Rafael Hüseynov, Musa
Urud, xalq şairi Fikrət Qoca, xalq yazıçısı Anar
Oqtay Əliyev və xalq artisti Mübariz Tağıyev
“Azər-İlmənin” kollektivi
Tədbirin qonaqları
AMEA-nın prezidenti Mahmud Kərimov, Milli Məclis sədrinin
I müavini Ziyafət Əsgərov, deputat Fəttah Heydərov, BDU-nun
rektoru Abel Məhəmmərov və professor Həsən Mirzə
1...,32,33,34,35,36,37,38,39,40,41 43,44,45,46,47,48,49,50,51,52,...200