49
“Füzuli” xalçası ilə böyük və məşəqqətli sənət yoluna
çıxan, Monrealda ilk uğurunu qazanan Kamil Əliyev on
illər ərzində incəsənətimizi yeni-yeni dəyərli əsərlərlə
zənginləşdirdi. Tokio, Madrid, Paris, Dehli, Ankara,
Moskva, İstanbul, Kiyev, Almatı, Tehran və neçə-neçə başqa
böyük şəhərlərin nüfuzlu muzeylərinə, kolleksiyalarına
daxil olan Kamil Əliyev sənəti şöhrət qazandı, təqdir
olundu. 1982-ci ildə Bakıda, 1984-cü ildə Neapolda, 1987-
ci ildə Dehlidə, 1991-ci ildə Ankara, İstanbul və İzmirdə,
1993-cü ildə Tehranda nümayiş etdirilən fərdi yaradıcılıq
sərgiləri Kamil Əliyevin sənət yolunu dünya miqyasına
çıxartdı. Bu sənətdə göstərdiyi xidmətlərinə görə 1960-
cı ildə “Tətbiqi sənət ustası”, 1968-ci ildə respublikanın
əməkdar rəssamı, 1982-ci ildə xalq rəssamı fəxri adları,
1999-cu ildə “İstiqlal” ordeni ilə təltif
edilmişdir. 1996-cı ildən ömrünün
sonuna kimi isə “Azərxalça” İstehsalat
Birliyinə rəhbərlik edib.
Bütün həyatı boyu xalça sənətinin
inkişafına çalışan xalq rəssamı
Azərbaycan xalçasının əhəmiyyətini və
adını yüksəklərə qaldırmağı bacardı.
1...,41,42,43,44,45,46,47,48,49,50 52,53,54,55,56,57,58,59,60,61,...200