56
Qərbi Azərbaycanda müxtəlif ölçülü xalçalarla,
kilimlərlə bərabər namazlıqlar, çullar və digər
toxunma məmulatlar da var idi. Zəngin təbiəti bu
bölgənin xalçalarına xüsusi çalarlar vermiş, onların
rəng kompozisiyasının həllinə çoxçeşidli boyalar bəxş
etmişdir. Al-əlvan boyalar bu bölgənin xalçalarını
digərlərindən fərqləndirən əsas xüsusiyyətdir.
Xalçaların naxış-kompozisiya seçimində də yerli
əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm
yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini
tapmışdır. Mifoloji quşlar, heyvanlar, həmçinin
dünyaya yanaşma tərzindən irəli gələn semantik
elementlər bu bölgənin xalçaları üçün spesifik idi.
İrəvan ərazisində olan mahallarda abidələr üzərində
yazılar, qayaüstü təsvirlər, daşlara həkk olunmuş
simvollar əhalinin həyat tərzindən, məişətindən xəbər
verir. Azərbaycanın digər bölgələrindəki abidələrə
kifayət qədər oxşar olan bu nümunələrdə türk-oğuz
boylarının damğaları, bəzən isə adları dəqiqliklə
təsvir edilmişdir. Zəngəzur bölgəsində – Sisyanda
eramızdan əvvəl II əsrə aid olan tikili qalıqları
Qoşundaş kimi tanınırdı ki, bu da qədim türklərin bir
çox yaşayış məskənlərində rast gəlinən abidələrinə
bənzəyirdi. Zəngəzurun Urud kəndindəki Babək
qalası, kurqanlar, qədim körpü, qəbirüstü abidələr,
qoç heykəlləri, Ağdu kəndindəki VII yüzilliyə
aid olan, türk ornamentləri ilə bəzədilmiş 9 metr
hündürlüyündə olan qəbirüstü abidə bu yurd yerinin
qədimliyindən xəbər verir.
ç
Xalça. Yun. Xovlu. 263x200. 1850-ci il.
İrəvan qrupu. Zəngəzur, Sisyan, Qərbi Azərbaycan.
“Urud kəndinin görünüşü“
rəssam: Nərmin xankişiyeva
1...,48,49,50,51,52,53,54,55,56,57 59,60,61,62,63,64,65,66,67,68,...200