58
SİSYAN
İrəvan şəhərindən 227 km cənubda yerləşən
Sisyan bölgəsi Zəngəzur mahalının böyük tarixə
malik olan ərazilərindən biri hesab edilir. İri
yaşayış məntəqələri olan Ağdu, Ağkənd, Vağudi,
Qarakilsə, Şıxlar, Qızılcıq, Dəstəkerd, Murxuz,
Urud, Comərdli, Şəki kəndlərində xalçaçılıq
ənənəsi davametdirilmiş, bölgə özünün rəngarəng,
şux xalçaları ilə şöhrət qazanmışdır.
Tarixi abidələri, qədim məzarlıqları ilə məşhur
olan Sisyan rayonunun əlverişli coğrafi mövqeyi
burada həm heyvandarlığın, həm də xalça sənə-
tinin inkişafına ciddi təkan vermişdir. Burada
toxunan xalçalar mürəkkəb kompozisiya quru-
luşuna və qədim dünyagörüşünə söykənən obraz-
ların semantik həlli ilə seçilirdi.
Rəvayətlərdə, nağıllarda, qayaüstü təsvirlərdə,
daş işləmələrdə müxtəlif mifoloji, zoomorf
elementlər, həndəsi simvollar geniş yayılmışdır.
Zəngəzurda, Ucubılıx, Təkgöz, Div, Qaraçuxa,
Virgin, Albastı, Kaftarkuş kimi mifoloji obrazlar bu
bölgənin folklorunda, tətbiqi sənətində də öz əksini
tapmışdır. Bu ərazidə yaşayan azərbaycanlıların
inancındakı Ağ yol və Qara yol tanrılarının
semantik həlli xalçalarda da ifadə olunmuşdur.
Həmçinin Xızır obrazı bəxt, həyat verən, tale bəxş
edən mürəkkəb həndəsi elementlərlə işlənmişdir.
Zəngəzur mahalı həm də pir və ocaqların,
müqəddəs ziyarətgahların tez-tez rast gəlindiyi
bölgədir. Zəngəzurun dağların əhatəsində olması
dağ və daş elementlərinin sakral mahiyyətini
daha da qüvvətləndirmişdir. İlana dağ ruhunun
daşıyıcısı kimi baxan bölgə əhalisi öz inancında və
məişətində onun simvollarını yaşatmışdır.
AYSOLTAN ADLI XALÇAÇI
Zəngəzur qədim Albaniya dövlətinin qüdrətini
əks etdirən abidələrlə, məbədlərlə, rənglərlə
də məşhurdur. Qoşundaş abidəsi quruluşuna
və formasına görə türk-oğuz inanclarından və
adətlərindən irəli gələn daş elementlərin toplusudur.
Nüvədi kəndindəki Qarğı daşı dağındakı qəbirüstü
yazılar və onun açılışı türk-azərbaycan izlərindən
xəbər verir. Bu bölgədə itib-batmış şəhərlərin
izlərinin də olduğu söylənilir. Bölgədəki Şəki
kəndinin tarixi bu ərazidə qədim şəhərin olduğunu
söyləməyə əsas verir. Qədim Azərbaycan mahnısı
olan “Apardı sellər Saranı” mahnısı burada təsvir
edilən hadisənin, adıçəkilən yer adlarının bu
bölgə ilə bağlılığını göstərir. Urud kəndindən
tapılan məzarüstü daşlardakı XV–XVI əsrlərə aid
təsvirlər, buradakı naxışlar özünün orijinallığı ilə
bu yurdun Azərbaycanın tərkib hissəsi olduğunu
aydın göstərir. Şeyx Rza Amrusal, Əliyar, Şahnəzər,
Çələbi nəsillərinə aid olan qəbirlər, istər naxışları ilə,
Xalça. Yun. Xovlu. 246x157. 1910-cu il.
İrəvan qrupu. Zəngəzur, Sisyan, Qərbi Azərbaycan.
1...,50,51,52,53,54,55,56,57,58,59 61,62,63,64,65,66,67,68,69,70,...200