51
İstər keçmişdə, istərsə də bu gün xalçaçılıq, bədii tikmə, ağac
oyma, bədii metalişləmə, keramika və digər dekorativ tətbiqi
sənət yaradıcılığını ornamentsiz təsəvvür etmək mümkün de-
yil. Xalq tətbiqi sənətində, xüsusən də xalçaçılıqda ornamentlər
müstəsna əhəmiyyətə malikdir.
Xalçaçılar yüksək bədii xüsusiyyətləri ilə məşhur olan Azərbay-
can xalçalarında emosional-estetik təsirə malik qeyri-adi dekora-
tivliyə nail olurdular. Xalça təsvirləri, onun ornamental motivləri
əsrlər boyu dəyişmişdir. Azərbaycan xalçalarının naxışlarında
yüksək bədii zövq, xalq adət və ənənələrinin əksini görmək olar.
Bu xalçaların ornamenti, motivi real aləmin xalq yaradıcılığında
şərti forma almış obyektlərini əks etdirir. Bəzən hansısa bir orna-
ment, element aydın olmasa belə, mütləq xalqın adət və ənənəsi
ilə bağlı olan müəyyən əşyanı, müəyyən obrazı və ya hadisəni
əks etdirir.
Buna görə də bu gün Azərbaycan dövlətçiliyinin əsas göstəri-
cilərindən olan milli əsginaslarda ədəbi simalar, qədim kitab-
lar, Azərbaycanın milli musiqi alətləri, dövlət himnindən parça,
Azərbaycanın Avropaya inteqrasiya xəritəsi, Qobustan qayaüs-
tü təsvirləri, Orxon-Yenisey qrafikası, Qız qalası, Şirvanşahlar
sarayı, xarı bülbül və s. ilə yanaşı, Azərbaycan xalçasının, xalça
ornamentlərinin və digər milli naxışların təsviri verilib.
Manatın xalça bəzəyi
1919–1920-ci illərdə çap olunmuş 250, 100, 50, 25 manatlıq
əsginazlarda milli ornamentlər, eləcə də Azərbaycan xalçasının
elementləri əks olunmuşdur.
Azərbaycan Respublikasının milli valyutası olan manat ilk
dəfə 1992-ci ilin avqustunda dövriyyəyə buraxılıb. 1, 10 və 250
manatlıq əsginazların üz tərəfində “Qız qalası”nın təsviri, arxa
tərəfində isə Bakı xalça məktəbinə məxsus “Suraxanı” xalçasının
“Sacayağı” adlanan II variantının təsviri verilmişdir. Xalçanın
əsas elementlərindən olan islimi formalı “sacayağı” elementi
Bakı məktəbinə məxsus “Xilə Əfşan” xalçalarında da rast gəlinir.
1993-cü ilin martında dövriyyəyə buraxılmış 1, 10, 50, 100 ma-
natlıq əsginazların üz tərəfində yenə də “Qız qalası”nın, 500 ma-
natlıq, 1000 manatlıq əsginazların arxa üzündə isə Azərbaycan
xalçalarında rast gəlinən islimi və digər nəbati ornamentlər
təsvir olunmuşdur.
1994-cü ildə ilk dəfə 10000 manatlıq əsginazlar çap edilmiş-
dir. Onların üz tərəfində “Şirvanşahlar” kompleksinin ümumi
görünüşü, arxa tərəfində isə ənənəvi olaraq xalçalarda, əsasən
də, haşiyələrdə rast gəlinən hörmə islimi kimi milli ornamentlə
haşiyələnmiş çərçivədə əsginazın nominal dəyəri verilmişdir.
1996-cı ildə ən böyük nominala malik 50.000 manatlıq əsginazlar
dövriyyəyə buraxılmışdır. Bu əsginazların üz tərəfində orijinal
üslubda Naxçıvan memarlıq abidəsi – Möminə Xatun türbəsi,
arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə (islimi)
haşiyələnmiş çərçivədə nominal dəyərinin həm rəqəmlə, həm də
sözlə ifadəsi verilmişdir.
1...,43,44,45,46,47,48,49,50,51,52 54,55,56,57,58,59,60,61,62,63,...200