54
dÜnyanI HEyRan QOyan
URUd xalçaSI
Qərbi Azərbaycanın Zəngəzur mahalı şərqdən Qarabağ, qərbdən
Naxçıvan, cənubdan Arazla əhatələnib. Zəngəzurun bir hissəsi 1920-ci
ildən Ermənistanın tərkibinə verilib.
Bu ərazinin folkloru, mədəniyyəti Qarabağ, Naxçıvan və Göyçəni
xatırladır. Qədim abidələr, çoxsaylı qoç daşlar, türbələrlə zəngin olan
Zəngəzur Təbrizlə İrəvan arasında əsas yol və körpü olub. Rəngarəng
təbiət örtüyü Zəngəzurun yerləşdiyi coğrafi mövqe ilə bağlıdır. Kiçik
Qafqaz dağlarının əhatəsində olan Zəngəzurun bölgələri mədənləri
və faydalı qazıntıları ilə məşhur idi. Ümumiyyətlə, Zəngəzur bölgəsi
qədimdən azərbaycanlıların yaşayış məntəqəsi olmaqla, Azərbaycan
tarixinin tərkib hissəsi kimi özünəməxsus inkişaf yolu keçib. Buradakı
yerli əhali də bütöv Azərbaycan mədəniyyətinin dəyərlərini, adətlərini
öz məişətində yaşadıb. Zəngəzur mahalının toxucuları isə əl işlərini
digər bölgələrin xalılarından fərqləndirirdilər.
O dağlarda bir kənd vardı…
1...,46,47,48,49,50,51,52,53,54,55 57,58,59,60,61,62,63,64,65,66,...200