52
Keçmiş SSRİ dövlətləri arasında müstəqillik qazandıqdan sonra milli valyu-
tası olan ilk dövlət Azərbaycan oldu. İlk milli pulların hazırlanmasında böyük
xidmətləri olmuş xalçaçı rəssam Eldar Mikayılov o dövrlə bağlı xatirələrini
bizimlə bölüşdü:
“1990-cı illərin əvvəllərində milli pulların buraxılması ilə əlaqədar maraq-
lı faktlar var. İlk variantda əsginazlar yeddi nominalda işlənmişdi. Onların
üzərində Azərbaycanın bölgələrinin və hər bir bölgənin özünəməxsus spesifik
xüsusiyyətlərinin – tanınmış simaların, toxunan xalçaların, məşhur memar-
lıq nümunələrinin, flora və faunasını əks etdirən elementlərin təsvir edilməsi
nəzərdə tutulmuşdu. Yeddi nominasiyanın hər birinin üzərində bir kompozi-
siya qurulmalı idi. Həmin dövrdə maddi çətinliklərlə əlaqədar olaraq kompo-
zisiyaları sadələşdirmək məcburiyyətində qaldıq. Əsginazların üzərində ləçək-
türünc, göl, islimi, kətəbə və tirmə kompozisiyalarından istifadə edildi. Məsələn,
min manatda ləçək, islimi piçək formaları, yarpaq, göl və qübbə elementindən,
beş yüz manatda nəbati və həndəsi naxışlı kətəbə, şəbəkə və göl kompozisiyala-
rından istifadə etmişəm. Əlli min manata qədər əsginazlarda eyni kompozisiya-
lardan istifadə olunub. Əlli minlik əsginazın arxa tərəfində isə kətəbə, piçək və
göl elementləri ilə yanaşı Şirvanşahlar kompleksinin təsvirindən istifadə etdim.
Əlbəttə, hər işin əvvəli çətin olur. Həm təcrübəsizlik, həm də istifadə ediləcək
bir nümunənin olmaması bizə çoxlu problemlər yaratdı. İlk əsginazların çapı
başqa bir ölkədə nəzərdə tutulmuşdu. Amma son anda əsginazların Fransada
çap olunmasına qərar verildi. Üzərində aylarla işlədiyim eskizlərin hamısını –
manatlıqdan tumuş ikiyüzəlliliyə qədər – bir gecədə mehmanxanada yenidən
işləməli oldum”.
1...,44,45,46,47,48,49,50,51,52,53 55,56,57,58,59,60,61,62,63,64,...200