59
istərsə də ərəb əlifbası ilə yazılan xəttatlıq
nümunəsi sayılan qeydləri ilə burada
yaşayan əhali haqqında ətraflı məlumat
ötürür. Bu məzarüstü daşlardan biri xüsusilə
maraqlıdır. Üzərində hicri təqvimlə “992-ci
il (1584), Aysoltan” yazılmış daşın üzərində
iki toxucu qadın təsvir edilmiş, xana, daraq,
və xalçaçılığa aid digər alətlərin təsvirləri
verilmişdir. Bu bir daha sübut edir ki,
hələ qədimdən bu ərazidə azərbaycanlılar
xalçaçılıqla məşğul olmuşdur.
Zəngəzur xalçalarına dair qeyd edilən-
lərdən aydın olur ki, burada toxunmuş
kilimlər nəfis tərtibatı ilə göz oxşayır; bu
mahalda “qoşabuynuz”, “qarmaqlı”, “S”
şəkilli, “T” hərfinə bənzər, dörd, altı, səkkiz,
on iki ləçəkli güllər, spiralşəkilli, ox işarəli,
“məşəl”, “şamdan”, “damğa” adlandırılan
motivlər çox yayılmışdır.
Daş sanduqə. XV–XVI əsrlər. Zəngəzur, Sisyan, Urud kəndi.
Xalça. Yun. Xovlu. 220x200. 1900-cü il.
İrəvan qrupu. Zəngəzur, Sisyan, Qərbi Azərbaycan.
Daş sanduqə. XV–XVI əsrlər.
Zəngəzur, Sisyan, Urud kəndi.
1...,51,52,53,54,55,56,57,58,59,60 62,63,64,65,66,67,68,69,70,71,...200