61
Urudun ulduzu –
“Ulduzlu” xalça
Elə “UlduzluQazax” xalçası Zən­gəzur
mahalında, Sisyanın Urud kəndində
toxunub. Burada toxunan xalçalar
rəng­lərinin tü­nd­lüyü ilə fərqlənir. Bu
da bölgənin bitki örtüyündən irəli
gəlir. Xalçanın ara haşiyəsində verilən
naxışlar Urud kəndinin ərazisindəki
tarixi abidələr və daş sənduqələrin üzə­
rindəki naxışlarla eynilik təşkil edir. Bu
həndəsi formalar Azərbaycanın qə­
dim inancından süzülüb gəlir, yer və
göy cisimlərinin obrazlı ifadəsi kimi
çıxış edir. Bu xalçanın üzərində qədim
türk boylarının damğalarına da rast
gəlinir. “Ulduzlu Qazax” motivində
olan bu çeşni Qafqaz regionunda azər­
baycanlıların məs­kunlaşdığı yer­lər­də
məhdud sayda toxunub.
Sisyanda toxunan bu xalçanın ölçüləri
250x150 sm, Qazaxın Şıxlı kəndində
toxunan 280x160 sm, Gürcüstanın azər­
baycanlıların ya­şa­dığı Qabal kən­dində
toxunan xalçaların ölçüsü isə 200x200;
180x180 sm.
Daş sanduqə. XV–XVI əsrlər. Zəngəzur, Sisyan,
Urud kəndi. Məzarın üzərində yazı: “Aysoltan 992-ci il (1584)“ .
Daş sanduqə. XV–XVI əsrlər. Zəngəzur, Sisyan, Urud kəndi.
Sisyanda toxunan, rəngləri daha
tünd olan “Ulduzlu Qazax” xalçası
Qarabağ, Qazaxın Şıxlı kəndində
toxunan xalça Qazax, Gürcüstanın
Qabal kəndində toxunan xovu
hündür xalça isə qədim türk-səlcuq
texnologiyası əsasında toxunub.
“Ulduzlu Qazax” çeşnisində olan
xalça­lar Zaqatalanın qədim Car və
Muxax kənd­lərində də toxunub.
Mu­­xaxda toxunan “Ulduzlu Qa­
zax” çeşnili xalçalar türk-səl­cuq,
Carda toxunan xalçalar isə təkarğac
tex­no­logiyası ilə toxunmuşdur. Bu
xalça­ların az say­da olması onların
unikallığını, bədii-tarixi əhəmiyyətini
artırır və kompozisiya həllinə görə
dünya sənət­şünasları tərəfindən yük­
sək qiy­mət­ləndirilir. Daş sənduqə
və onun üzərində olan təsvir, yazı,
həmçinin bu xalça Urud kəndində
yaşayan azərbaycanlıların qə­dim
mə­də­niyyətindən, xalçaçılıq ənə­­nə­
sindən xəbər verir.
1...,53,54,55,56,57,58,59,60,61,62 64,65,66,67,68,69,70,71,72,73,...200