148
Rayonun demək olar ki, əksər kəndlərində xal-
çaçılıq sənəti ilə məşğul olurlar. Bu kəndlərin
bəzisi xalça sənətinin yüksək inkişafı ilə fərqlənib.
Bunlardan Yardımlı qəsəbəsini, Bozheyran, Os-
tayır, Qaraqaya, Nisəkələ, Cerimbel və ərazinin
aşağı hissəsində yerləşən Zəngələ kəndində çox
gözəl xalçalar toxunub. Bu da peşəkar toxucuların
yetişməsinə təkan verib.
Azərbaycanın cənub hissəsində toxunan xalçalar
toxuma texnologiyasına, bədii tərtibatına görə Qa-
rabağ xalça məktəbi ənənələrini davam etdirir. Bu
məktəbə aid xalçalar yunun keyfiyyəti, rəng həlli,
toxuma üsulu, bədii quruluşu, hətta ölçülərinə
görə digər toxuculuq məktəblərindən seçilir.
Yardımlıda əsasən çoxgöl, qoşagöl, qızılgül,
bənövşə motivli və “Dəryanur” xalça nümunələri
toxunur. Bu xalçalar həm kompozisiya, həm rəng
çaları, həm də naxışların bir-birilə uzlaşması ba-
xımından diqqəti cəlb edir. Bu naxışlar arasında
zoomorf elementlərdən geniş istifadə olunur. As-
malıqlar, xalça, eləcə də kilimlər üzərində təsvir
edilən zoomorf elementlər bu ərazidə yaşayan
əhalinin həyat tərzindən, məşğuliyyətindən xəbər
verir.
Yardımlıda toxunan xovsuz xalçalar arasında
cecim, palaz, kilim, corab, hətta üst geyimlərinə
də rast gəlmək olar. Burada toxunan xovsuz
məmulatlar öz xüsusiyyətlərinə görə fərqlənirlər.
xovsuz xalça nümunələri həm Qarabağ, həm
də Təbriz elementlərini özündə ehtiva edir. Bu
ərazidə istehsal edilən cecim və ladı xovsuz xal-
çalarından bu gün də təsərrüfatda geniş istifadə
edilir.
xovlu xalça nümunələri də öz zənginliyi ilə
fərqlənir. İndi rayon ərazisində toxunan çeşnilərin
böyük əksəriyyəti xx əsrin sonlarına aiddir.
Qədim xalça çeşnilərini nadir hallarda görmək
mümkündür. Yaşlı nəslin söylədiyinə görə Yar-
dımlı rayonunda zəngin xalça nümunələri toxu-
nub. Amma onlara vurulan naxışlar ötən əsrin
50-ci illərindən sonra unudulmağa başlayır. Daha
doğrusu, həmin mürəkkəb elementlər, naxışlar
sadələşdirilir, daha rahat hala gətirilir. Həmin
dövrdə məişətə süni rənglərlə boyanmış və maşın-
la toxunmuş xalçaların daxil olması da bu ərazidə
xalçaçılığın durğunluq dövrü yaşamasına gətirib
çıxarır.
Hal-hazırda xalça ənənələrinin, demək olar
ki, unudulduğu Yardımlıda bu sənətin yenidən
dirçəldilməsi istiqamətində bir sıra layihələr hazır-
lanır. Bu gün rayon ərazisində xalça müəssisəsinə
rast gəlmək mümkün olmasa da, ömrünün xeyli
hissəsini bu sənətə həsr etmiş insanlar var.
Zili. Yun. Xovsuz. 210x130. 1900-cü il. Yardımlı. Azərbaycan.
1...,140,141,142,143,144,145,146,147,148,149 151,152,153,154,155,156,157,158,159,160,...204