152
TƏBRİZ XALÇASI
ÜZƏRİNDƏ
VERİLƏN HÖKM
I Pyotr oğlunu dindirərkən
N. N. Qenin “I Pyotr şahzadə Aleksey Petroviçi Peterqofda dindirir”
adlı əsəri özünün bədii imkanları və həlletmə texnikasına görə dün-
ya incəsənətində əhəmiyyətli yer tutur. Bu əsərdə diqqəti çəkən
məqamlardan biri də masa üzərinə sərilmiş xalçadır. Maraqlıdır, niyə
rəssamTəbrizxalçasını əlavədetal kimi fondavəyayerdədeyil, əsashök-
mün veriləcəyi masanın üzərində təsvir edib? Rəsmə baxarkən xalçanın
ata ilə oğul arasında bir sədd rolunu oynadığını görürük. Şahzadənin
matəmi ifadə edən qara, Pyotrun isə həyat eşqini göstərən yaşıl geyimi
arasında qırmızı yerlikli xalçanın aşağıya doğru sürüşməsi töküləcək
oğul qanının simvolu, iki fərqli rəng arasında həlledici sərhədi göstərir.
TARİXÇƏ
1871-ci ildə rəssam N. N. Qe məlum şəraiti,
geyimləri və obrazları böyük dəqiqliklə
işləyərək Rusiya tarixində mühüm sayılan
bu hadisəyə təsvir həyatı verib. İslahatçı
imperator ona düşmən şəraitdə böyümüş
oğlu ilə bağlı qərar verərkən atalıq hissi ilə
dövlətçilik məsuliyyəti arasında seçim qar-
şısında qalır. Tükənməz enerjiyə sahib olan
atasından fərqli olaraq, sakit təbiətli şahzadə
anasının monastıra salınmasına, ətraf boyar-
ların fitvası ilə aparılan islahatlara etiraz edir,
dövlətin, atasınındüşməninə çevrilir. Rəssam
əsərində bu dramı ailə müstəvisindən çıxarıb
tarixi kontekstdə təqdim edir. Seçilmiş situ-
asiya, bədii xüsusiyyətlər və əsərin kompo-
zisiyası mükəmməl həll edilmişdir. Tarixdə
bircə yerdə də olsun qeyd olunmayıb ki,
Pyotr öz oğlunu təkbətək, özü də Peterqof-
da dindirib. Adətən, istintaq komissiyanın
iştirakı ilə təcridxanada aparılırdı. Rəssam
bilərəkdən hadisələri bura gətirir və ata ilə
oğulu üz-üzə qoyur. Faciənin qəhrəmanları
kimi təkcə bu iki doğma adamı seçən rəssam
dönəmin məişət psixologiyasını da çatdır-
maq istəyir. Rəssam Peterqof sarayının es-
tetikası vasitəsilə Pyotrun qurduğu yeni,
estetik dünyanı çatdırmaq istəyir. Oğul bo-
yarlara qoşulub məhz bu dünyanın əleyhinə
çıxır. Bu məkanda hər şey səliqə və cərgə ilə
verilib. Divardakı rəsmlər, otaqdakı kürsülər
cərgə ilə düzülüb, döşəmə ağ-qara dama-
larla verilib, insanlar da simmetrik təsvir
olunub. Pyotrun görmək istədiyi, qurduğu
düzgün dünya. Ancaq Pyotr bu dünyanı
öz keçmişini dağıtmaqla qurur və əslində
oğul atanın daxilində gizlənən və keçmişə
pis münasibətlə razılaşmayan kölgə kimi
üzə çıxır. Rəssam bu ideyanı əsərin adında
da təqdim edir. Rəsmə yüz cür ad vermək
olardı. “Pyotr Petroviçi dindirir” – rəssamın
məhz həmin kölgəni Pyotrun oğlu simasın-
da gördüyünə eyhamdır.
1...,144,145,146,147,148,149,150,151,152,153 155,156,157,158,159,160,161,162,163,164,...204