149
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
"On üç yaşımdan xalça toxuyuram.
To­xu­­mağı mənə anam öyrədib. Anam
cəhrədə ip əyirər, onları boyayar, xalça,
kilim toxuyardı. Mən də onun əlinə baxıb
öyrənmişəm. Daha çox kilim, palaz, hey-
vanın belinə bağlamaqçün bağ toxuyar-
dıq. Bizim tərəflərdə palazın qayıq, taxta,
keçmə kimi növləri çox işlənirdi. Yunu
özümüz yuyar, didər, daraqla darayar,
ip əyirərdik. Qoşagöl, təkgöl xalçalar to-
xuyardıq. Çox xalça toxumuşuq, amma
xalçaya ad qoymazdıq. Naxışları yadı-
mızda saxlayırdıq, sonra toxuyurduq.
İndi hərdən nəvələrimə corab toxu­yanda
hafizəmdəki o naxışları corablara da salı-
ram.
İp boyamağı da anamdan öyrənmişəm.
Qoz qabığından qara, alça və heyva qa-
bığından narıncı, böyürtkən kolundan
qəhvəyi, nar qabığından yaşılımtıl rəng
alardı. Narla qoz qabığından alınan rəng­
lər heç vaxt getməzdi. Amma ipləri süni
rənglərlə boyanan xalçalar yuyulduqca
solurlar. Mənim gəlin köçdüyüm dövrdə
cehiz kimi imkandan asılı olaraq üç-dörd
xalça, palaz, kilim verilirdi. Anam mənə
təbii rənglərlə boyanmış məfrəş verib –
indi də təptəzə görünür. Özüm də üç qız
köçürmüşəm, üçünə də əllə toxunan xalça
vermişəm. Amma son illər kənddə çox az
xalça toxunur".
Zərbiyeva Sərnəgül
Zərbəli qızı
1...,141,142,143,144,145,146,147,148,149,150 152,153,154,155,156,157,158,159,160,161,...204