151
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
"xVI – xVII əsrlərdə Azərbaycan xalça mədəniyyəti öz
coşqun dövrünü yaşayıb. Məhz bu dövrdə Yardımlıda da
xalçaçılıq inkişaf etməyə başlayıb. Ötən əsrin 60-70-ci illərinə
qədər Yardımlı xalçaları öz spesifikliyinə və kompozisiya qu-
ruluşuna görə fərqlənirdi. Burada həm xovlu, həm də xov-
suz xalçalar toxunurdu. Deyilənlərə görə, qədimdə xovsuz
ilmələrlə geyimlər də tikilib.
Yardımlı xalçalarında həm Qarabağ, həm də Təbriz ele-
mentləri olurdu. Əvvəllər Yardımlı xalçaları mürəkkəb naxış-
larla zəngin olardı. Amma 1950-ci illərdən sonra bu naxışlar
unudulmağa başladı. Daha sadə elementlərdən istifadə edil-
di. Yardımlıda “Qoşagöl”, “Qızılgül”, “Bənövşə”, “Göl” və
“Dəryanur” kimi xalçalar məşhurdur. Bu xalçalar rəng, kom-
pozisiya, naxışların bir-birilə uzlaşması baxımından diqqəti
cəlb edir. Bu xalçalarda, əsasən, zoomorf elementlərdən
istifadə olunub. “Dəryanur” və “Qoşagöl” xalçaları zəngin
naxışları, rəng həllinə görə mütəxəssislərin diqqətini cəlb
edir. İnanıram ki, bu naxışlar yaşadılacaq, bundan sonra da
xalçalarmızda tətbiq olunacaq.
əli İskəndərov
Yardımlı tarix-diyarşünaslıq muzeyinin direktoru
1...,143,144,145,146,147,148,149,150,151,152 154,155,156,157,158,159,160,161,162,163,...204