147
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
A
zərbaycan xalça sənəti hələ eramızdan əvvəl böyük inkişaf
yolu keçib. XVI-XVII əsrlərdə isə xalça sənəti öz coşqun dövrü-
nü yaşayıb. O dövrə aid tarixi faktlara əsasən Yardımlı ərazisində də
xalça sənətinin böyük bir inkişaf yolu keçdiyini əminliklə söyləmək
olar. XX əsrin 60-cı illərinə qədər Yardımlıda toxunan xalçalar öz spe-
sifikliyi ilə digər regionlarda toxunan xalçalardan fərqlənib.
Yardımlı dağlıq ərazidə yerləşir. Burada yaşayan əhali lapqədimdən
maldarlıq, qoyunçuluq, qismən əkinçilik, bostançılıqla məşğul olur.
Qoyunçuluğun inkişafı, tərəkəmə həyatı bu ərazidə toxuculuğun,
xalça sənətinin daha yaxşı inkişaf etməsinə səbəb olub.
1...,139,140,141,142,143,144,145,146,147,148 150,151,152,153,154,155,156,157,158,159,...204