58
lası” qalereyasının Berlində filialının açılmasıdır. “Galerie
Berlin-Baku” adlı bu qalereyada azərbaycanlı və alman fır-
ça ustalarının birgə sərgiləri təşkil edilir. Həmçinin, həmin
sərgilər Bakıdakı “QızQalası”qalereyasındadakeçirilir. “Ga-
lerie Berlin-Baku” rəsm qalereyasının fəaliyyəti ərzində baş
vermiş ən parlaq hadisə ümummilli lider Heydər Əliyevin
85 illik yubileyinə həsr olunmuş sərginin keçirilməsidir. İki
qalereyanın əməkdaşlığı nəticəsində müxtəlif təsviri sənət
müsabiqələrinin qalibi olan azərbaycanlı tələbələr Almani-
yanın paytaxtına səfər edir, burada muzeylərə, qalereyalara,
sərgi salonlarına, məşhur rəssamların emalatxanalarına baş
çəkmək imkanı əldə edirlər.
Bu mədəni mübadilə iki ölkə arasında dostluq münasi-
bətlərini daha da möhkəmləndirir.
1...,50,51,52,53,54,55,56,57,58,59 61,62,63,64,65,66,67,68,69,70,...204