66
- Xalçaya marağınız necə yarandı?
- Babamgildə yaşı yüzü keçmiş qədim türk xalçası
vardı. O qədər gözəl xalça idi ki, heyran qalmamaq
mümkün deyildi. Saatlarla oturub o xalçaya tama-
şa edərdim. Üstündəki naxışlar, rənglər adamı ta-
mam başqa bir aləmə aparırdı, tamam başqa bir ov-
qat yaradırdı. Həmin xalça mənim bu sənətə maraq
göstərməyimə səbəb oldu.
- Sizi xalçalarda cəlb edən nədir?
- İlk vaxtlar antik xalçalardakı rəng ahəngi məni
özünə cəlb edirdi. xalçada rənglərin ahəngi əsas
şərtdir. Bundan başqa xalçaların naxışları, onların
ilmə sıxlığı da çox önəmlidir. Rəngləri, naxışları gözəl
olan xalça insana xüsusi zövq bəxş edir. Son illər
məni xIx əsrin ortalarına aid xalçalar daha çox cəlb
edir. Əllə toxunan, təbii rənglərlə boyanan xalçalar
sanki adamla söhbət edir. Əsrlər keçsə də, bu xalçala-
rı toxuyan adamların hisslərini, həyəcanlarını, əhval-
ruhiyyəsini duyursan. Bu təkrarolunmaz bir hissdir.
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76,77,78,...204