62
də sadə kompozisiya quruluşuna ma-
lik olan xalçalarımızı çox bəyənirlər. Hər
bölgənin xalçaları özünəməxsus kompozi-
siyası, ilmə sıxlığı və rəng müxtəlifliyi ilə
bir-birindən fərqlənirlər. Texniki və bədii
xüsusiyyətlərinə görə seçilən xovsuz xal-
çalarımız da əcnəbiləri çox maraqlandırır.
Qədim dövrlərdən bu günə qədər Avro-
pa, Amerika və digər qitələrdə yaşayan
əcnəbilərin mənzillərinin əsas bəzəyi olmuş
xalçalarımız hazırda da onların zövqünü
oxşayır. Həndəsi və klassik elementli xal-
çalarımız həmişə diqqət mərkəzində olur.
Azərbaycana gələn əksər mötəbər qonaq-
lar xalça muzeyinə gəlir, onlara xalça və
tətbiqi sənətin bütün növləri haqqında ge-
niş məlumatlar verilir. xarici ölkələrdəki
sərgilərdə də Azərbaycan xalçalarına olan
böyük marağın şahidi oluruq. Dəfələrlə
Fransanın Paris, Bolqarıstanın Sofiya və
Qabrovo, Ukraynanın Lvov, Kolomiya,
Səudiyyə Ərəbistanının Əl-Read, Avstra-
liyanın Melbrun, İspaniyanın Madrid, Qa-
zaxıstanın Almatı şəhərlərində keçirilən
konfranslarda xalçalarımız haqqında ətraflı
məlumat verilib və oradakı sərgilərdə uğur-
la nümayiş etdirilib. İCOM-un xətti ilə
keçirilən konfranslarda da Azərbaycan xal-
çası və xalq tətbiqi sənətinə xüsusi marağın
olduğunu görmüşəm.
– Hazırda muzeyin yeni binası inşa edi-
lir. Muzeyin açılışına necə hazırlaşırsınız?
– Böyük səbirsizliklə muzeyin ekspozi-
siyasının açılışını gözləyir və bunun üçün
hazırlaşırıq. Mədəniyyət və Turizm naziri
cənab Əbülfəs Qarayevin göstərişi ilə eks-
pozisiyanın açılışı üçün ciddi işlər aparı-
lır. Artıq yeni ekspozisiyanın konsepsiyası
hazırlanıb. Konsepsiyanın hazırlanmasın-
da muzeyin bütün elmi əməkdaşları çox
fəal iştirak ediblər. Muzeyin yeni binasının
açılışı münasibəti ilə çoxsaylı proqramlar
hazırlayırıq. Eyni zamanda, biz “Avrovizi-
ya” mahnı müsabiqəsinin Azərbaycanda
keçirilməsi ilə əlaqədar olaraq, işlərimizi
daha intensivləşdirmişik. Ölkəmizə gələn
qonaqlar muzeyimizin zəngin xalça kol-
leksiyası və tətbiqi sənətin müxtəlif növ-
lərindən ibarət ekspozisiya ilə tanış olacaq-
lar. Muzeydə ümumilikdə 9908 eksponat
var. Eksponatların əsas hissəsini xalçalar
təşkil edir. Muzeyimizdə xVIII əsrdən bu
günə qədər toxunmuş müxtəlif xalçaları
görmək olar. Bununla yanaşı, nadir tətbiqi
sənət nümunələrimiz də var. Onlardan milli
geyimlər, bədii tikmə və parçaları, zərgərlik
nümunələri, misgərlik, ağacdan düzəldilmiş
məmulatlar, tunc dövrünə aid nümunələr,
miniatür üslubda işlənmiş çini qablar və du-
lusçuluq məmulatları çox dəyərlidir. Muze-
yimiz çox zəngin topluya malikdir və eks-
pozisiyanın tamaşaçılarda çox böyük maraq
doğuracağına əminəm. Ümid edirik ki, xalça
muzeyinin nadir inciləri ölkəmizə gələn qo-
naqların xatirəsində silinməz iz qoyacaq.
– Asya xanım, həyatınızın əsas hissəsini
xalçaların arasında keçirmişiniz. Xalça si-
zin üçün nədir, hansı anlamı daşıyır?
– xalça bizim milli sərvətimiz, tarixi yad-
daşımız, keçmişimiz, bu günümüz və gələ-
cəyimiz üçün çox əhəmiyyətli olan sənət
nümunəsidir. Əcdadlarımız xalça üstündə
dünyaya göz açmış, gün-güzəran keçirmiş,
dünyadan köçmüşlər. Onlar son mənzilə,
yəni dəfn edilmək üçün də xalça üstündə
aparılıblar. xalça Azərbaycan xalqının
məişətində əsas yer tutur. Azərbaycanda elə
bir ailə tapılmaz ki, onun evində “ölülük-
dirilik” xalçası olmasın. Yəni hər bir ailənin
gündəlik həyatında daimi işlətdiyi xalça-
lardan əlavə, əzizləyib saxladığı bir xalçası
olur.
– Hazırda hansı sahə üzrə tədqiqat işi
aparırsınız?
– Muzeyimiz nadir zərgərlik nümunələri
kolleksiyasına malikdir. Toplular arasın-
da Bakı zərgərlik məktəbinə aid olan sənət
əsərləri çoxluq təşkil edir. Hazırda mən
“xIx–xx əsr Bakı zərgərliyi Azərbaycan
dekorativ-tətbiqi sənətinin inkişafı kon-
tekstində” mövzusunda dissertasiya işi
üzərində işləyirəm. Ümid edirəm ki, bu
tədqiqat işim dekorativ tətbiqi sənətimizə
uğurlu töhfə ola biləcək.
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...204