67
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
- Azərbaycan xalçaları barədə nə deyə bilərsiniz?
- Azərbaycan xalçalarındakı rəng ahəngi, çesnilərin
sərbəstliyi məni heyran edir. Müasir incəsənəti
sevdiyimə görə Azərbaycan xalçalarındakı həndəsi
motivlər və rəng oyunları məni çox maraqlandırır.
xalçalarınız naxış kompozisiyasına və toxuma texno-
logiyasına görə fərqlənir. Azərbaycan xalıları digər
ölkələrin xalçalarından daha qalındır. Sizin xalçalar-
dan ən çox Qazax xalçalarını və qədim əjdahalı xal-
çaları bəyənirəm. Ata tərəfdən çərkəz əsilli olduğuma
görə,Qafqaz xalçalarınavə tikmə sənətinəmeyilliyəm.
Uzun illərdir, bu sahə üzrə elmi-tədqiqat, araşdırma
işləri aparıram, Qafqaz xalçalarının tarixini, onların
üzərindəki naxışların açmasını öyrənməyə çalışıram.
- Kolleksiyanızda əsas yeri hansı xalçalar tutur?
- Kolleksiyamda Türkiyə, Azərbaycan xalçaları
ilə yanaşı, dünyanın bir çox ölkələrinin qədim xalça
nümunələri var. xalçaçılıq sənətinin inkişaf etdiyi
bütün ölkələrin xalçalarını toplamışam. Azərbaycana
aid Qazax, Şirvan, Gəncə və Bakı xalçaları varımdır.
Sizin xalılar ən çox bəyənilən və satılan xalçalardır.
Satış üçün nəzərdə tutulmayan şəxsi kolleksiyamda
isə Qazax, Şirvan məktəbinə məxsus qədim xalça, ki-
lim fraqmentləri saxlayıram. Onlar evimin ən gözəl
guşəsini bəzəyir.
1...,59,60,61,62,63,64,65,66,67,68 70,71,72,73,74,75,76,77,78,79,...204