61
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
– xalçalarımızın öyrənilməsi, tədqiqatı
çox vacib işdir. Mütəxəssislər qədim xalça-
larımızın mənşəyini araşdırır, onların rəng-
naxış həllini öyrənir, üzərindəki simvolların,
işarələrin mənasını açırlar. Elə mən özüm
də tez-tez bölgələrimizdə olur, yaşlı toxu-
cularla danışır, bilgilərimi artırır, xalçaları-
mızla bağlı yeni məlumatları məqalələrimdə
işıqlandırıram. Sənətşünaslarımız, xalça-
çı rəssamlarımız bu yöndə tədqiqat işləri
aparmış, əldə etdikləri nəticələri bacardıq-
ları qədər yerli və dünya ictimaiyyətinə
çatdırmışlar. Amma bu kifayət deyil.
Çünki bizim xalçalar hələ sona kimi açıl-
mamış sirli bir dünyadır. Onları araşdır-
dıqca yeni faktlar ortaya çıxır. Həm də
bilirsiniz ki, milli sərvətimiz olan xalçala-
rımız üzdəniraq qonşularımız – ermənilər
tərəfindən mənimsənilir, adları dəyişdirilir.
Onlar nadir xalçalarımızı öz adlarından
təqdim edir, yayırlar. Qədim xalçalarımı-
zın əksəriyyəti xarici ölkələrdə başqa xalq-
ların xalçaları kimi tanınır. Ona görə də,
biz daim fəaliyyətdə olmalıyıq. Beynəlxalq
konfranslarda, sərgilərdə daha çox iştirak
etməli, xalçalarımızı dünyada tanıtmalı, on-
ların həqiqi adını özlərinə qaytarmalıyıq.
Sözsüz ki, bu sahədə xeyli işlər görülüb və
görülməkdədir. Çox sevindirici haldır ki,
ölkə başçısı “Azərbaycan xalça sənətinin
qorunması və inkişaf etdirilməsi haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə ayrıca fərman imzalayıb.
xalça sənətinin inkişafı və təbliği sahəsində
Heydər Əliyev Fondunun prezidenti, YU-
NESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın da böyük
xidmətlərini xüsusilə vurğulamaq istərdim.
Görülən bu tədbirlər sayəsində Azərbaycan
xalçası dünyada öz layiqli yerini tutub.
– Siz xaricdən gələn qonaqları muzeyin
ekspozisiyası ilə tanış edir, beynəlxalq
layihələrdə yerli ekspert kimi iştirak
edir, beynəlxalq sərgi və konfranslarda
Azərbaycan xalçalarını təqdim edirsiniz.
Əcnəbilərin bizim xalçalara münasibəti
necədir? Xarici sənətşünaslar xalçalarımı-
zı hansı xüsusiyyətinə görə qiymətləndi-
rirlər?
– Əcnəbi qonaqlar istər mürəkkəb, istərsə
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyinin direktor müavini Asya Şirəliyeva
1...,53,54,55,56,57,58,59,60,61,62 64,65,66,67,68,69,70,71,72,73,...204