69
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Cənubi Azərbaycanda ya­
şayan, köçəri həyat tərzi sü­
rən qaşqaylar zəngin mədə­
niyyəti, özünəməxsus həyat
tərzi ilə həmişə dünya xalq­
larının diqqət mərkəzində
olub.
Çalışqanlığı, qoçaqlığı, dözümlülüyü və
qonaqpərvərliyi ilə seçilən qaşqaylar, həm də
sərrast atıcı kimi tanınırlar. Hər il soyuq və
tropik ərazilər arasında köç edən bu qəbilə,
əsasən, maldarlıqla məşğul olur. Yay gələndə
alaçıqlarını yığıb uşaqdan böyüyə hamı piya-
da, ya da atla yola çıxır, yaşıl otlaqlar tərəfə
üz tutur, qış mövsümündə isə eyni yolla ge-
riyə qayıdırlar. Bəzi ailələr və nəsillər otu-
raq həyat təzinə keçib kəndlərdə bağçılıq və
əkinçiliklə məşğul olmağa başlasalar da, qaş-
qayların böyük əksəriyyəti hələ də maldarlıq
edir, əlverişli iqlim axtarışı ilə daim bir yerdən
digərinə köçürlər.
Tərəkəmə həyat tərzi sürən bu insanların ya-
şayış yerləri dəmühitə və iqlimşəraitinə uyğun
şəkildə qurulur. Köçərilərin evi su keçirməyən
qara keçədən hazırlanmış dördbucaqlı ala-
çıqdan ibarətdir. Onlar köç zamanı özləri ilə
daşınması, qurulması asan olan yüngül və
müvəqqəti çadırlar aparırlar. Oturaq həyat
sürən qaşqaylar isə gildən tikilmiş dəyələrdə
yaşayırlar. Yayda dəyənin bayır divarını açır,
qışda isə bütün divarları bağlayırlar.
Qaşqayların ənənəvi geyimləri də maraq do-
ğurur. Qadınlar köynəyin üstündən pulcuqlar
və zərif naxışlarla bəzədilmiş arxalıq, çaxçur,
onun üstündən isə büzməli tuman geyinirlər.
Başlarına bir parça kətan, ya da yaylıq örtür,
alınlarını kiçik dəsmalla bağlayırlar. Qaş-
qay qadınları onları əhatə edən əsrarəngiz
təbiətdən ilhamlanaraq, geyimlərini al-əlvan
rənglərdə tikirlər.
Qaşqaylar
Kilim. Fraqment. Yun.
Xovsuz. 272x144. 1850-ci il.
Təbriz qrupu. Azərbaycan.
1...,61,62,63,64,65,66,67,68,69,70 72,73,74,75,76,77,78,79,80,81,...204