70
Kişilər isə köynək, gen şalvar, üstündən uzun xələt - ləbbadə
geyinir, bellərinə uzunluğu dörd-beş, eni bir metrlik qurşaq
bağlayırlar.
Qaşqayların özünəməxsus adət-ənənələrini toy mərasim-
lərində daha aydın görmək olar. Qaşqay kişiləri, adətən
erkən yaşlarında evlənir və öz qəbilələrindən qız seçirlər.
Onlar çox nadir hallarda yadlarla nikaha girir, boşanmaya
isə çox pis baxırlar. Çoxuşaqlı qaşqay ailələrində gələcəkdə
uşaqlar ailənin işçi qüvvəsinə çevrilirlər.
Qaşqaylar toy mərasimini təbiət qoynunda - bulaq başında,
yaşıl çəmənlikdə keçirirlər. Çoxlu çadır qurulur, rəngbərəng
geyimli toy əhli at çapır, ox atır, mahnı oxuyub rəqs edirlər.
Rəqslər qaşqaylarınbirliyini, dostluğunu, həmrəyliyini göstə-
rir, onlara ruh yüksəkliyi, həyatın çətinlikləri ilə mübarizə
aparmaq üçün enerji gətirir.
Qaşqayların digər bir adəti isə yun qırxımı ilə bağlıdır.
Heyvandarlıqla məşğul olan qaşqaylar üçün yun mühüm
əhəmiyyət kəsb edir. Çünki qaşqay xalçaları yalnız yun ipdən
toxunur, xalçaçılıq isə bu tayfanın əsas gəlir mənbəyi sayı-
lır. İki mərhələdən ibarət olan yun qırxımı xüsusi mərasim
şəklində aparılır. Birinci dövr yazın əvvəllərinə, ikinci isə ya-
yın ortalarına təsadüf edir. Əldə olunan yun alaçıq materi-
alı- keçənin hazırlanmasına və xalçaların toxunmasına sərf
edilir.
Əxlaqı, sadəliyi, təmkini və çalışqanlığı ilə seçilən qaşqay
qadınları təsərrüfat işlərində kişilərə kömək edirlər. Qadın-
lar uşağa baxmaq, ev işləri görməklə yanaşı, heyvan sağır,
südündən yağ alır, qatıq çalır, pendir tutur, qaymaq hazırla-
yırlar. Qaşqay qadınlarının əsas məşğuliyyəti isə xalça, həsir,
palaz, kilim, gəbə və digər məmulatlar toxumaqdır. Qaşqay-
lar arasında xalçaçılıq geniş inkişaf edib və onların xalçaları
1...,62,63,64,65,66,67,68,69,70,71 73,74,75,76,77,78,79,80,81,82,...204