71
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
rəngarəngliyinə görə digər bölgələrin xalçalarından üstün sayılır.
Bumüxtəlifliközünüxalçanınnövündəvəkeyfiyyətində, rəngində
və naxışlarında göstərir. Qaşqay xalçalarının dünya miqyasında
tanınmasına onların rənglərinin parlaqlığı və ahəngdarlığı, naxış-
larının müxtəlifliyi, zənginliyi səbəb olub.
Qaşqay qadınlarının yunun boyanmasında və müxtəlif rəng ça-
larlarının alınmasında əldə etdikləri təcrübə, naxışların vurulma-
sı zamanı onlardan yerində istifadə etmək qabiliyyətləri adamı
heyran qoyur. Tərəkəmə həyat tərzi sürən qaşqaylar xalçaları elə
üsulla toxuyurlar ki, işlərini qısa müddətə - bir yerdən digər yerə
köçənədək qurtara bilsinlər. Ona görə də onların xalçaları kiçik
ölçüdə, yüngül olur və alaçıq məişətinə uyğun gəlir. Alaçıqlar-
da xananı söykəmək üçün divar olmadığına görə, xalçaçı qadın-
lar üfiqi xanalardan, yəni yer dəzgahından istifadə edirlər. Qaş-
qayların istifadə etdikləri sadə quruluşlu üfiqi xanaları çox qısa
müddətə qurmaq olur.
Qaşqayqadınlarıxalçaçılığınbütünmərhələlərini-yunəyirilməsi,
ipboyanması və xalçaların toxunmasını özləri, kişilərinmüdaxiləsi
olmadan həyata keçirirlər. Müxtəlif növlü və mürəkkəb xalça
məmulatlarının naxışları hansısa bir sxem əsasında yox, xalçaçı
qadınların öz təşəbbüsü ilə vurulur. Ona görə də burada toxunan
xalça məmulatlarının yalnız bir nüsxəsini görmək olar. Onları bir-
birindən naxışlarına, rəng palitrasına, ölçüsünə və təyinatına görə
ayırmaq, hansı qəbiləyə aid olduğunu müəyyənləşdirmək olur.
1...,63,64,65,66,67,68,69,70,71,72 74,75,76,77,78,79,80,81,82,83,...204