72
Qaşqay xalçaları texnologiyasına, rəng çalar-
larına görə Azərbaycanın digər bölgələrində
toxunan xalçalarla oxşarlıq təşkil edir. xovsuz
və xovlu xalçalarda istifadə olunan naxışlara,
həndəsi elementlərə Şirvan, Qazax, Qarabağ,
İrəvan, Bakı xalçalarında da rast gəlinir.
Qaşqay xalçalarında yeddi rəngin bütün
çalarlarından istifadə edilir və belə xalçalar
rənglərinin şuxluğu ilə seçilir. Əksər xalçala-
rın arğacı qırmızı rəngə boyanmış yun ipdən
hazırlanır. xalçaların kənar dolamalarının
xüsusi rənglə toxunması da diqqəti cəlb edir.
Qaşqay xalçalarında ağ rəng mühüm yer tu-
tur. Bu isə alaçıq xalçalarına xas xüsusiyyətdir.
Çıraqla işıqlandırılan alaçığa ağ rəngli xalı
salınır ki, içəri daha işıqlı görünsün. Ağ rəng
həm də köçmə həyat tərzi sürən bu insanlara
ruh yüksəkliyi gətirir, onların həyat eşqini ar-
tırır.
Qaşqay qadınlarının toxuduğu xalçalar
zərifliyi ilə seçilir. Onlar xalçalara təbiət mən-
zərələri, nəbati naxışlar, həndəsi element-
ləri köçürürlər. Qaşqay xalçalarında istifadə
edilən elementlər arasında mərdlik rəmzi
olan aslan təsvirinə tez-tez rast gəlinir. Bu
xalçalarda ulduz, kərpic və müxtəlif heyvan-
ların həndəsi təsvirlərini də görmək olar. Sıx-
lığı, əsasən, 30x50-yə olan qaşqay xalçalarının
xovu hündür olur, yalnız yun və təbii boya-
larla boyanmış iplərdən toxunur.
Kilim. Yun. Xovsuz. 310x160. XX əsrin əvvəli. Təbriz qrupu. Azərbaycan.
Xalça. “Tək göl” və “Ləçək-turunc”. Yun. Xovlu. 300x170.
XIX əsrin sonu. Təbriz qrupu. Azərbaycan.
1...,64,65,66,67,68,69,70,71,72,73 75,76,77,78,79,80,81,82,83,84,...204