73
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Qaşqayların məişətində cecim, kilim, pa-
laz olduqca fəal rol oynayır. Onların naxış
həllində zolaqlar, kiçikölçülü rombvari
göllər, badamvari, dördbucaqlı və dişli
naxışlar üstünlük təşkil edir. Cecimdən,
əsasən, yataq dəstinin və alaçıq avadanlıq-
larının üstünü örtmək üçün istifadə edilir.
Kiçik ölçülü cecimlər isə ədyal kimi ör-
tülür. Cecimlər parlaq və müxtəlif rəngli
iplərdən toxunur.
Qaşqay kilimləri bu qəbilə qadınlarının
şah əsəri sayılır. Qaşqay kilimləri, palazla-
rı üçün xammal təmiz yundan hazırlanır.
Onların toxunmasında bəzən zərif ipək
iplikdən də istifadə edilir. Sıxlığına görə
qaşqay kilimləri Bakı qrupuna aid xızı
kilimləri ilə eynilik təşkil edirlər.
xalçalarda olduğu kimi kilimlərdə də
şux rənglər üstünlük təşkil edir. Qaş-
qay kilimlərini digər xalça məktəblərinin
kilimlərindən fərqləndirən cəhət onların
hər iki başında zəncirvari naxışın toxunma-
sıdır. Kilimlərin ölçüsü xalçalara nisbətən
daha böyük olur və onlar, əsasən, alaçığın
daxili bəzəyini təşkil edirlər.
Qaşqaylar nikah mərasiminə uyğun rən-
garəng və müxtəlif çalarlı xalçalar, kilimlər
də toxuyurlar. Bu münasibətlə toxunan kilimlərin
naxış kompozisiyasında bir-birinə zidd həndəsi
fiqurların sıralanaraq birləşməsi nəsillər arasında
bağlantını göstərir. Adətən, qohumla və ya eyni tay-
fadan olan insanla nikaha üstünlük verən qaşqaylar
bu mərasimi xüsusi hadisə hesab edirlər. Dünyaya
qız uşağı gəldikdə isə onun adına müxtəlif xalça
məmulatları toxuyurlar. Qaşqay ailələri çoxuşaqlı
olduğuna görə bu, toxunan xalça məmulatlarının
da sayına təsir edir. Qaşqaylar toy və bayram
mərasimlərini də müxtəlif ölçülü və şux rəngli xal-
çalarla bəzədilmiş çəmənliklərdə keçirirlər.
Qaşqay kilimlərinin rənginin davamlı olması və
yuyulduqdansonra solmaması onlaradünya şöhrəti
gətirib. Təbii boyalarla boyanmış iplərdən yüksək
sıxlıqda toxunan, yeddi rəngin bütün çalarlarını
əks etdirən bu kilimlər insanlara əsl bayram əhval-
ruhiyyəsi ötürür. Ümumiyyətlə, qaşqayların xalça
və xalça məmulatları öz rəngarəngliyi ilə seçilir,
diqqəti cəlb edir. Yarımköçəri həyat tərzi sürən qaş-
qayların xalçaları məhz bu xüsusiyyətinə görə dün-
ya miqyasında tanınır və yüksək qiymətləndirilir.
Kilim. Yun. Xovsuz. 236x153. 1800-cü il.
Təbriz qrupu. Azərbaycan.
Kilim. Yun. Xovsuz. 256x175. 1800-cü il.
Təbriz qrupu. Azərbaycan.
1...,65,66,67,68,69,70,71,72,73,74 76,77,78,79,80,81,82,83,84,85,...204