83
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
XIX əsrin sonlarından başlayaraq namazlıq xal-
çalar ilkin adlarını saxlasalar da, əvvəlki funk-
sional təyinatlarını itirir və dekorativ əşyaya
çevrilirlər. Eynilə, ilk vaxtlar namazlıq xalçaları-
nın haşiyə elementini təşkil edən kufi yazısı da
sonralar oz təyinatını itirərək, sırf dekorativ xa-
rakter daşımağa başlayır və demək olar ki, əksər
Azərbaycan xalçalarının haşiyə zolaqlarında
rast gəlinir. Belə ki, Bakı, Quba xalçalarında rast
gəlinən və “şami” adlanan orta haşiyə məhz kufi
yazısının stilizə olunmuş formasıdır.
Ədəbiyyat
Qədirova D. Azərbaycanın namazlıq xalçaları. Bakı, 2008
Tağıyeva R. Azərbaycan xalçası. Bakı, 1999
Керимов Л. Азербайджанский ковёр. В 3-х т.т. Т. II-III.
Баку, 1983
Məlum olduğu kimi namaz (səcdə) zamanı
insanın yeddi bədən üzvü – alnı, hər iki əli,
hər iki dizi və hər iki ayağındakı baş bar-
maqları ye­rə toxunmalı idi. Bu baxımdan
Qazax məktəbinə məxsus “Dəmirçilər”
kompozisiyasına aid namazlıq xalça daha
orijinaldır. Xalçanın yuxarı hissəsində “mö-
hür” üçün həndəsi formalı tağ yerləşir. Ara
sahəni əhatə edən və yuxarıda tağı təşkil
edən nazik haşiyə - mədaxil ara sahənin
aşağı hissəsində ibadət edənin pəncələri
üçün nəzərdə tutulmuş kvadratla birləşir.
Beləliklə, əgər namaz qılan ayaqlarını ara
sahənin aşağı hissəsində olan kvadrat for-
maya malik “qədəmgah”a qoyarsa, onun
dizləri və əlləri ara sahənin mərkəzindən
yuxarıda yerləşən gölün üzərində olar, alnı
isə tağın ortasında yerləşən və “səcdəgah”
adlanan möhürə toxunar. Buna görə də us-
tad-xalçaçı ibadət qaydalarına uyğun ola-
raq “səcdəgah”la “qədəmgah” arasındakı
məsafəni əvvəlcədən hesablayar, bununla
da xalçanın ölçüsünü və hətta bədii kompo-
zisiyasını müəyyənləşdirirdi.
“Səlməsöyüd” (Namazlıq) xalçası. Yun. Xovlu. 153x101.
2001-ci il. Quba qrupu. Azərbaycan. “Azər-İlmə” istehsalı.
“Çıraxlı” (Namazlıq) xalçası. Yun. Xovlu. 152x99.
2007-ci il. Gəncə qrupu. Azərbaycan. “Azər-İlmə” istehsalı.
1...,75,76,77,78,79,80,81,82,83,84 86,87,88,89,90,91,92,93,94,95,...204