82
hər birində mühüm informasiyalar qorunur. Romb
əbədi artım, bərəkət simvoludur. Ulduz astral
inanclarla bağlı, qarmaq isə artıq heraldikmahiyyət
kəsb edən damğadır.
Gəncə ərazisində “Faxralı” kompozisiyası sırf na­
mazlıq kimi toxunmuş və buna görə də xalq arasın-
da “Caynamaz” və yaxud “Ceynamaz” adlandırıl-
mışdır. Bununla yanaşı, Gəncənin ənənəvi “Gəncə”
xalçasında da mehrab təsvirinə rast gəlinir.
Qazaxda “Şıxlı”, “Salahlı”, “Dəmirçilər” və s.
kimi ənənəvi mehrablı xalçalarla yanaşı, namazlıq-
lar üçün məxsusi kompozisiyalar da işlənib hazır-
lanmışdır.
Təbrizdə “Əfşan”, “Ağaclı” və s. kimi ənənəvi
kompozisiyalı xalçalarla yanaşı, ara sahəsində çil-
çıraq, sütunlar təsvir olunan çoxlu sayda məxsusi
namazlıq xalçalar vardır və bugünədək də istehsal
olunur.
Namazlıq xalçalar təyinatından asılı olaraq
müxtəlif ölçülərdə toxunurdu. Əksər hallarda on-
lar bir adamın, bəzən üç, nadir hallarda dörd-beş
adamın ibadəti üçün və ya kütləvi (otuz-qırx ada-
mın) namaz qılmaq üçün nəzərdə tutulurdu. Çoxlu
sayda insanın namaz qılmasından ötrü hazırlanan
iri namazlıq-xalılar məscidlərə döşənmək üçün
toxunurdu. Üç və ya dörd-beş adamlıq namazlıq
xalçalar isə, əsasən, evdə, ailəvi istifadə olunurdu.
Namazlıq xalça. Yun. Xovlu. 155x101. 1997-ci il.
Qarabağ qrupu. Azərbaycan. “Azər-İlmə” istehsalı.
“Pirəbədil” (Namazlıq) xalçası. Yun. Xovlu. 144x105.
2005-ci il. Quba qrupu. Azərbaycan. “Azər-İlmə” istehsalı.
“Qabıstan” (Namazlıq) xalçası. Yun. Xovlu. 213x146.
2007-ci il. Şirvan qrupu. Azərbaycan. “Azər-İlmə” istehsalı.
1...,74,75,76,77,78,79,80,81,82,83 85,86,87,88,89,90,91,92,93,94,...204