8
İlham Əliyev ölkəmizin dünyada
artan nüfuzundan danışıb. Bil-
dirib ki, beynəlxalq təşkilatlarda
prinsipiallığı
ilə
seçilən
Azərbaycanın bu mövqeyi xalqı-
mızın milli maraqlarına, ədalətə
və beynəlxalq hüquqa əsaslanır.
Dövlətimizin başçısı ölkəmizin
BMT Təhlükəsizlik Şurasına üzv
seçilməsini 20 il müstəqil olan
Azərbaycanın diplomatik uğuru
kimi xarakterizə edib.
Sonra Heydər Əliyev Mərkə-
zindən bəhs edən film nümayiş
olunub. Filmdə Mərkəzin yara-
dılması ideyası, bu istiqamətdə
həyata keçirilən tədbirlər, Prezi-
dent İlham Əliyevin rəhbərliyi
ilə Bakının rəmzinə çevriləcək
nadir memarlıq kompleksinin
əhəmiyyətindən bəhs olunub.
Filmin nümayişindən sonra
Heydər Əliyev Fondunun fəa-
liyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçi-
rilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin
ictimai-siyasi fəaliyyətindən bəhs edən video-
çarx nümayiş olunub.
Fondun Prezidenti Mehriban xanım Əliyeva
mərasimdə çıxış edib.
Sonra Heydər Əliyev Fondu tərəfindən təsis
edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının
2012-ci il qalibləri elan olunub. Heydər Əliyev
Fondunun təhsil sahəsindəki fəaliyyətinə gös-
tərdiyi böyük dəstəyə görə Litva Respublikası-
nın Azərbaycandakı səfiri Kestutis Kudzmanasa
“Qızıl çinar” beynəlxalq mükafatı təqdim edi-
lib. Səfir Kestutis Kudzmanas minnətdarlığını
bildirərək deyib:
— Zati-aliləri cənab Prezident!
Heydər Əliyev Fondunun prezidenti hörmətli
Mehriban xanım Əliyeva!
Əvvəlcə, mən bu fürsətdən istifadə edərək
dərin minnətdarlığımı Heydər Əliyev Fondu-
na bildirirəm. Bilirik ki, Heydər Əliyev Fon-
dunun tutduğu strategiya mühüm amil ola-
raq cəmiyyətin inkişafını təmin edir. Mən çox
məmnunam ki, Litva Respublikasının səfirliyi
ilə Fond arasında təhsil sahəsində bu cür
məhsuldar əməkdaşlıq aparılmışdır. Qeyd
etmək istəyirəm ki, mənə verilən bu mükafat
Litva ilə Azərbaycan arasında münasibətlərin
yüksək səviyyədə olmasından xəbər verir. Bu
sözlərimi bildirərək mən Heydər Əliyev Fon-
duna gələcək fəaliyyətində uğurlar arzulamaq
istəyirəm. Azərbaycan xalqına çiçəklənmə və ri-
fah arzulayıram.
1,2,3,4,5,6,7,8,9 11,12,13,14,15,16,17,18,19,20,...204