6
Mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzinin açılışı, ulu
öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev
Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli
mərasim keçirilib. Prezident İlham Əliyev, xanımı Mehriban
Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Heydər Əliyev
Mərkəzinin açılışı
Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva Heydər Əliyev Mərkəzinin rəmzi açılı-
şını bildirən lenti kəsiblər.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Heydər Əliyev Mərkəzini nadir memarlıq
abidəsi adlandıran Prezident İlham Əliyev bu
kompleksin yaradılması ideyasından danışıb.
Dövlətimizin başçısı məşhur memar Zaha Hadi-
din layihəsi əsasında tikilən bu mərkəzin müa-
sirliyi ilə diqqəti çəkdiyini və çoxfunksiyalı ol-
duğunu bildirib, həm memara, həm də tikintidə
iştirak edən bütün insanlara təşəkkür edib.
Dəfələrlə tikintinin gedişi ilə maraqlandığını
deyən Prezident İlham Əliyev vurğulayıb ki,
bu mərkəz Azərbaycan vətəndaşlarına yüksək
səviyyədə xidmət göstərəcəkdir.
“Bakı sürətlə gözəlləşir və inkişaf edir”,—
deyən Prezident İlham Əliyev bildirib ki,
müasirliklə qədimliyin vəhdət təşkil etdiyi pay-
taxtımızın bir çox məşhur rəmzləri var. İndi isə
müasir Bakının yeni rəmzləri yaradılır və bu
sırada Dənizkənarı Milli Park, Dövlət Bayra-
ğı Meydanı, Alov qüllələri, “Kristal saray” və
nəhayət Heydər Əliyev Mərkəzi var.
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...204