107
Dünyasını…
salfetd axtaran qız
Ə
ksər uşaqlar kimi rəsm çəkməyi mən də
sevmişəm. Rəngbərəng parlaq karandaş-
ların, flomasterlərin sehirli cazibəsindən qurtul-
maq mənim üçün də çox çətin olub. Atam evdən
çıxan kimi onun otağın bir divarını zəbt edən ki-
tabxanasındakı kitabları boyum çatan rəfə qədər
bir-bir götürər, sürətlə vərəqləyər və növbəti
“şedevrimin” qəhrəmanını axtarardım. Hm...
Məktəbin lap aşağı siniflərində oxuyurdum
onda. Mənə elə gəlirdi ki, vaxtımdan oğurlayıb
böyük şövqlə etdiyim bu cızmaqaralar, zama-
nı gələcək, dünyanın ən gözəl incisi olacaq. Və
həmin anlarda məni bütün dünyada məşhur
edəcək böyük bir sənət əsəri çəkirmiş kimi
çox ciddi bir sifət alar, həmin bu məşhurluğun
məsuliyyətindən, fərəhindən doğan həyəcanımı
boğmağa çalışardım. Amma içimdəki fırtınanın
gücündən titrəyən uşaq barmaqlrımın məhsulu
olan “şedevr” həmin günün səhərisi mənə
çox mənasız görünərdi. Və cırıb atmağa əlim
gəlməsə də, onu elə bir yerə tolazlayardım ki,
bir də gözümə görünməsin. O vaxtkı uşaq ağ-
lımla özümü təxəyyülümdə yaratdığım rəssam
obrazına bənzədər, ədabazlıq edib karandaşı
yaşıdlarımdan fərqli tutmağa çalışardım. Mənə
elə gəlirdi ki, bütün dahi rəssamlar uşaqlıqda elə
mənim kimi olublar. Amma…
…amma mənim hələ doğulmamış rəssam
karyeram gözəl günlərin birində 15 dəqiqənin
içindəcə şüşə kimi çiliklənib yerə töküldü.
Bunu Azərbaycanın məşhur rəssamı Toğrul
Nərimanbəyov etdi. Televizorda ondan bəhs
edən sənədli film gedirdi. Nəfəsimi içimə çəkib
izlədiyim o kadrlardan sonra yerimdə quru-
yub qalmışdım. Rəssamın kameranın önündə
yağlı boya ilə necə işlədiyini seyr edincə uşaq
ağlımla dərk etdim ki, məndən heç vaxt bö-
yük rəssam çıxmayacaq. Həmin filmdə Toğrul
Nərimanbəyovun necə işlədiyini eyni vaxtda,
eyni şəhərdə, başqa bir evdə oxşar ekrandan
mənimlə eyni yaşda olan başqa bir qız da seyr
edirdi. Həmin qız isə gördüyü kadrlardan sonra
qəti qərara gəlir ki, o, mütləq rəssam olacaq.
Həmino balaca qızlar –mənvə Pərvanə indi üz-
üzə əyləşmişik. Hər ikimizin həyatında həlledici
olan tarixi məqamdan nə az, nə çox, düz 30 il
keçir. Bir-birimizin varlığından xəbərsiz olan,
həyatda yalnız yuxarıda haqqında danışdığım
anda xəyalən toqquşan və məhz elə həmin an-
dan sonra da tamamilə fərqli həyatlar yaşayan
mən və Pərvanə indi tanış oluruq.
Söhbətimiz dərhal alınır. Təəccüblənmirəm.
Uşaqlıq arzuları bizi yaxınlaşdırır. İkimiz də sö-
zümüzün üstündə durmuşuq: mən rəssam ol-
madım, o, rəssam oldu.
Söhbətləşdi: Nüşabə F.Hüseynli
1...,99,100,101,102,103,104,105,106,107,108 110,111,112,113,114,115,116,117,118,119,...204