110
əməlli-başlı sakitləşirəm. Yağlı boya ilə işləməyə başlamağımın da ma-
raqlı bir tarixçəsi var. Əmim oğlu Tural (Alı Mustafayevin oğlu—red)
özü üçün kətan, yağlı boya almışdı. Amma sonra elə alındı ki, o çəkmədi
və hamısını mənə bağışladı. Özü isə ailəsi ilə birgə Türkiyəyə köçdü.
Birinci dəfə onun yağlı boyalarını, kətanını işlətdim. Günlərin birində
baxdım ki, ortada xeyli iş var.
20 illik ayrılıqdan sonra Tural Türkiyədən Bakıya gəlir. Tural
hazırda Azərbaycanın Malayziyadakı səfirliyində işləyir. Əmisi
qızının rəssam olduğunu eşidəndə çox sevinir. Pərvanə ilə onun
arasında belə bir dialoq olur:
— Bilirsən məni kim rəssam elədi?
— Kim?
— Sən.
— Doğrudan?!
Pərvanə onun təəccübünü mənə çatdırmağa ça-
lışır, üzü gülməli ifadə alır və mən özümü sax-
laya bilmirəm. O da mənə qoşulur.
— Onda Turala bir portret borclusan ki...
— Hə. Özünə demişəm. Çəkib göndərəcəyəm.
Artıq ailə quran və bu sənətin nəzəriyyəsini
də öyrənən Pərvanənin əl işləri yavaş-yavaş
üzə çıxmağa başlayır.
— Gül çəkməyi çox sevirəm. Bunu
da ətrafımdakı insanlar
görürlər. Yəqin, elə buna
görədir, hər il gül bayra-
mı keçiriləndə xeyli sifariş
alıram. Beləcə, rəsmlərimi gördülər və
hiss etdim ki, deyəsən, yavaş-yavaş qapı-
lar üzümə açılır.
Hər şeyi özü öyrənən Pərvanə
bildiklərini “Əlifba” tədris mərkəzində
balacalara öyrədir. Bura onun birin-
ci iş yeri deyil. Pərvanə lap əvvəl orta
məktəbdə işləyib — tərtibatçı kimi.
Amma ətrafındakıların onun işinə olan
münasibəti onu qane etmədiyindən
məktəblə yolları ayrılıb.
— Məktəbdən sonra özümə söz vermişdim
ki, daha heç yerdə işləməyəcəyəm. Amma bu-
rada qalmalı oldum. Bilirsən, sərbəst olmaq
istəyirəm. Heç kimdən asılı olmaq istəmirəm.
Başımın üstündə kiminsə müdirliyinə dözə bil-
mirdim. Ona görə də özümə söz vermişdim ki,
buna imkan verməyəcəyəm. Amma sonra elə oldu
ki, öyrəşdim, uşaqlara bağlandım.
Məni sən rəssam elədin
1...,102,103,104,105,106,107,108,109,110,111 113,114,115,116,117,118,119,120,121,122,...204